| |
Geri |
|
| |
 |
Yuşenkonun səfəri təxirə salınıb
08.09.2008 02:08:33
Ukraynanın enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə sentyabrın 9-da Bakıya gələcək.
|
|
| |
Ukraynanın enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə sentyabrın 9-da Bakıya gələcək Bir neçə gün əvvəl Ukraynanın Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında səfir Bors Klimçuk bu gün Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfər edəcəyi barədə məlumat versə də, diplomatik korpusdan səfərin bu gün baş tumayacağını bildirdilər. Yuşşenkonun Azərbaycana gözlənilən səfərinin tarixi barədə hələlik heç bir açıqlama verilməyib.
Ukraynanın enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə sentyabrın 9-da Bakıya gələcək. Ukraynanın Azərbaycandakı səfiri Boris klimçuk bildirib ki, nümayəndə heyəti sentyabrın 9-10-da Bakıda keçiriləcək «Azərbaycan və Türkmənistanın neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya və strateji əməkdaşlıq» üzrə beynəlxalq konfransda da iştirak edəcək. Burzu Əliyev Bakıda ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə Ukraynada neft emalı zavodunun inşası ilə bağlı müzakirələr aparılacaq.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|