| |
Yaponiyanın «Honda» şirkəti yeni «Accord» avtomobilinin şəkillərini dərc edib. Yeni modelin kuzovu sedan və universal tipli olacaq, xetç-bekin istehsalı isə planlaşdırılmır. Ekspertlərin fikrincə, bu model 2008-ci ildə Cenevrədə (İsveçrə) keçiriləcək avtoşouda önəmli yer tutacaq. Yeni «Honda Accord» iki cür benzin mühərriyi ilə təchiz olunacaq, bunların biri 2,0 litr həcmində (156 at gücü), digəri isə 2,4 litr həcmində (200 at gücü) olacaq. Məhz bu cür mühərrikli avtomobillər Rusiyada satışa çıxarılacaq, Avropa avtomobil bazarında isə bu modelin dizel mühərrikli (2,0 litr, 150 at gücü) atomobili də satışda olacaq. Avtomobillərin hamısı stabilləşdirmə sistemi ilə təchiz olunacaq. Avropada satılacaq dizel mühərrikli «Honda Accord»lara isə əlavə ADAS (Advanced Driving Assist Systems) kompleksi də quraşdırılacaq. ADAS kompleksi avtomobil yollarında avtomobilin qarşı xəttə çıxmasını, digər avtomobillərlə məsafəsinə və əyləc sisteminə nəzarət edir. |