| |
Geri |
|
| |
 |
Yeni göz klinikasında ilk əməliyyat
09.10.2008 16:56:35
Yeni göz klinikasında ilk əməliyyat keçirilib |
|
| |
Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallıdakı filialında ilk əməliyyat həyata keçirilib. İnstitutun ilk filialında yaradılan şərait oftalmologiya sahəsində ən müair cərrahi əməliyyatları yerinə yetirməyə imkan verir. 82 yaşlı Məstan Əliyeva əməliyyatdan çox razıdır. O, digər gözünü də burada müalicə etdirmək istəyir. Fəaliyyətə başladığı gün klinikada 12 cərrahi əməliyyat keçirilib. Daha 30 nəfərsə müayinə olunub. Əməliyyatlar institutun cərrahları tərəfindən aparılıb. Yerli həkimlər də prosesdə iştirak edib. Hələlik institutdan Masallı filialına 30 həkim ezam edilib. Onlar burada həm çalışacaq, həm də bölgədəki həkimlərə yeni üsullarla müalicə etməyi öyrədəcəklər. İnstitutun Masallı filialında poliklinik xidmət, cərrahi blok, uşaqlara xidmət və labaratoriya müayinələri bölməsi yaradılıb. Poliklinik şöbədə konsultativ qəbul, böyüklərdə və uşaqlarda göz xəstəliklərinin diaqnostikası aparılır. Cərrahi blokda mikrocərrahiyə əmliyyatları ilə katarakt və qlaukoma müalicə olunur.. Ən dəqiq tibbi cihazlar vasitəsilə göz xəstəliklərinin diaqnostikasında yeni biokimyəvi, immunoloji və histoloji müayinələrdən istifadə olunur. Filialın ixtiyarına verilən səyyar klinika avtobusu isə bölgənin ən ucqar ərazilərində belə insanlara xidmət göstərməyə imkan verəcək. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|