| |
Bu barədə məlumatı xalq artisti özü verib. Xalq artisti Yaşar Nurinin vəziyyəti yaxşıdır. Bu barədə məlumatı xalq artistinin özü verib. Hazırda İstanbulda Memorial xəstəxanasında müalicə alan aktyor onun səhhətindən narahat olan bütün pərəstişkarlarına minnətdarlığını bildirib. Aktyor sağalaraq Bakıya qayıdacağını və tamaşaçılarını yeni rolları ilə sevindirəcəyini deyib. Aktyoru müayinə edən, Memorial xəstəxanasının həkim-cərrahı Koray Acarlı isə Yaşar Nurinin müayinəsinin hələlik davam etdiyini bildirib. Həkimin sözlərinə görə, aktyor ən azı daha bir həftə xəstəxanada qalacaq. |