| |
Geri |
|
| |
 |
YAP-dan yaltaq dilləndi
21.11.2008 18:33:51
Əli Əhmədov: “Konstitusiyaya dəyişiklik edilməlidir” |
|
| |
“Bir şəxsin iki dəfədən artıq seçilməsinə qadağa qoyulması əslində xalqın seçmək hüququnun məhdudlaşdırılması deməkdir”
“Azərbaycanda prezident seçkilərinin 5 ildən bir keçirilməsi mahiyyət etibarı ilə bir yandan vətəndaşın seçilmək, xalqın isə seçmək hüququnu təsbit edirsə, ikinci tərəfdən prezident səlahiyyətlərinə vaxt məhdudiyyəti qoyulması normasını ifadə edir. Prezident seçkilərinin hər 5 ildən bir keçirilməsi xalqın seçmək hüququnun tam şəkildə həyata keçirilməsini təmin edir və imkan yaradır ki, seçicilərin etimadını doğruldan şəxs yenidən seçilə bilsin, etimadı doğrulda bilməyən isə yox. Digər tərəfdən, xalq növbəti seçkilərdə layiqli namizədi müəyyənləşdirmək imkanı qazanmış olur. Deməli, demokratiyanın vacib şərti olan hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi mexanizmi təmin edilir”. Bunu APA-ya eksklüziv müsahibəsində YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, prezident səlahiyyətlərinin vaxt etibarı ilə məhdudlaşdırılmasına yönəldilmiş belə bir normanın olduğu şəraitdə bir şəxsin iki dəfədən artıq seçilməsinə qadağa qoyulması əslində xalqın seçmək hüququnun məhdudlaşdırılması deməkdir: “ Bu halda xalqın iradəsinin ifadə edilməsi kimi demokratik norma və ədalət prinsipi pozulur. Özü də konkret şəxsin seçilmək hüququndan daha çox xalqın seçmək hüququ pozulmuş olur”.
Ə. Əhmədov onu da qeyd edib ki, bir şəxsin 2 dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin seçicilərin seçmək imkanını və hüququnu məhdudlaşdırdığını da nəzərə almaq lazımdı: “Bu məhdudiyyət seçicilərin prezident görmək istədikləri, çox etibar etdikləri şəxsə səs vermək şansını onların əlindən alır və nəticə etibarı ilə seçiciləri digər şəxsə səs vermək məcburiyyəti ilə üz-üzə qoyur. Təsəvvür edin ki, bu formal norma ölkə inkişafına müstəsna töhfələr verə biləcək şəxsi öz potensialını gerçəkləşdirmək imkanından da məhrum edir və deməli, dövlət, ictimai maraqlar baxımından da özünü doğrultmur. Hesab edirəm ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət həm qeyri-demokratik, həm də ədalətsizdir, ona görə də ləğv edilməlidir. Özü də nə qədər tez olsa, düşünürəm ki, o qədər yaxşıdır. Yeni Azərbaycan Partiyasının mövqeyi belədir və inanıram ki, partiyamızın bu rəyi xalqın əksəriyyətinin istəyini ifadə edir” .
YAP sədrinin müavini Konstitusiyaya və qanunlara hörmətlə yanaşdıqlarını, lakin bunu ehkam saymağın düzgün olmadığını vurğulayıb: “ İnanıram ki, Konstitusiyada xalqın iradəsi əsasında dəyişiklik edilməsi zamanın tələbidir”.
Məsələ ilə bağlı YAP-ın konkret olaraq hansı təkliflə çıxış edəcəyinə gəldikdə, Ə. Əhmədov bildirib ki, bu gün bu məsələ YAP-da da, Azərbaycan cəmiyyətində də müzakirə olunur və artıq konkret müstəvi üzərinə gəlib çatmaqdadır: «YAP özünün baxışlarını açıq şəkildə cəmiyyətə təqdim edir. Digər tərəfdən, inamım ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti YAP-ın bu mövqeyini birmənalı şəkildə dəstəkləyəcək. Çünki bu, partiya maraqlarından irəli gəlmir, bütövlükdə Azərbaycanın gələcək inkişafına xidmət edən prinsipial mövqedir».
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|