| |
Yahoo! şirkətinin direktorlar şurası fevral ayının 11-də bəyan edib ki, Microsoft tərəfindən daxil olan təklif dünyanın böyüklüyünə görə ikinci axtarış sisteminə lazımi qədər qiymət vermir. Diektorlar qeyd ediblər ki, təklifdə şirkətin brendi, böyük dünya auditoriyası, reklam platformasına yaxın zamanda qoyulan investisiyalar, gələcək inkişaf perspektivləri və potensial gəlirlər qiymətləndirilməyib, Lenta.ru yazır. Fevral ayının 1-də Microsoft Yahoo!-nun hər səhminə görə 31 ABŞ dolları təklif edirdi ki, buda qiymətli kağızların bazar qiymətindən 62% artıqdır. Razılaşmanın ümumi dəyəri 44,6 milyard ABŞ dolları təşkil edir. Qeyd edək ki, təxminən bir il əvvəl Microsoft Yahoo!-ya artıq analoji təklifnən müraciət etmişdir. Bu təklif Yahoo! şirkəti tərəfindən imtina edilmişdir. Lakin hazırki imtina cavabı sonuncu deyil. Direktorlar şurası digər təklifləri müzakirə etməyə hazırdır.
|