| |
Geri |
|
| |
 |
Xəzərin statusu ilə bağlı görüş
21.11.2008 18:25:32
Xələf Xələfov: "Azərbaycan və Rusiya aradında delimitasiyası ilə bağlı danəşəqların növbəti mərhələsi də Azərbaycanda olacaq"
|
|
| |
Xəzərin statusu ilə bağlı İran və Azərbaycan arasında ikitərəfli görüş gələn il Bakıda keçiriləcək. Xəzərin hüquqi statusu ilə bağlı İran və Azərbaycan arasında ikitərəfli formatda görüş gələn il Bakıda keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. Cənab Xələfovun sözlərinə görə, görüşdə Xəzərin bölgüsünə dair fikir mübadiləsi aparılacaq. Noyabrın 17-də Tehranda danışıqlar apardığını xatırladan Xələf Xələf bildirib ki, işçi xarakter daşıyan bu səfər çərçivəsində əsasən ikitərəfli münasibətlər, cari məsələlər və Xəzər dənizinin statusuna dair məsləhətlərşəmələr aparılıb. O, enyi zamanda əlavə edib ki, İranın xarici işlər naziri Manuçöhr Mottaki ilə görüşündə ikitərəfli münasibətlərin inkişafı sahəsində planlaşdırılan tədbirlər, dialoqun, həmçinin hökümətlərarası iqtisadi əməkdaşlığın davam etdirilməsi məsələləri də müzakirə edilib: “Müzakirələr nəticəsində, ikitərfli münasibətlərin fəallığının qorunması, hökümətlərarası dialoqun davamı, eyni zamanda müxtəlif nazirliklərin nümayəndə heyyətləri arasında mübadilələrin aparılması və yaxın zamanladarda hökümətlərarası komissiyanın növbəti iclasının keçirilməsi tarixini müəyyən edilməsi qərarı qəbul olunub. Biz bu istiqamətdə təmaslarımızı davam etdirəcəyik" Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli məsələlərin də müzakirə edildiyini deyən xarici işlər nazirinin müavini , tərəflərin danışıqların davam etdirilməsi barədə qərar qəbul etdiyini vurğulayıb. Xələf Xələfov delimitasiya məsələsinə də toxunub: “Biz delimitasiya məsələsini gündəlikdə saxlayırıq və Rusiya səfirliyi ilə təmasları davam etdiririk. Bu sahədə danışıqların növbəti raundunun Bakıda keçirilməsini planlaşdırırıq. Rusiyada həmsədr dəyişilib. Təbii ki, bu işlərin görülməsi üçün biz yeni sədrlə də görüş keçirlməsi planlaşdırılır. Biz ümidvarıq ki, bu görüş gələn ilin ilk rübündə baş tutacaq”. Türkmənistanla əməkdaşlığa toxunan diplomat bildirib ki, noyabrın 14-də Bakıda keçirilmiş Enerji Sammiti çərçivəsində bu ölkənin nümayəndə heyyəti ilə baş tutan görüşdə Xəzərin hüquqi statusu məsələsi müzakirə olunub. Yaxın zamanlarda ikitərfli görüşün təkil ediləcəyi qərara alınıb. Danışıqların Bakıda keçiriləcəyi planlaşdırılır.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|