| |
Geri |
|
| |
|
Xəyyam Nisanov klip çəkdirib
10.10.2008 17:41:07
Xəyyam Nisanov İstanbulda 12 min dollara klip çəkdirib |
|
| |
Gənc müğənni Xəyyam Nisanov yaradıcılığı dövründə ən bahalı klipi çəkdirib. O bu klipinin çəkilişi üçün 12.000 ABŞ dolları xərcləyib. Klip sözləri və musiqisi gənc bəstəkar Murad Arifə məxsus olan “İstanbul” mahnısına çəkilib. M. Arif bildirib ki, çəkilişləri İstanbulda aparılan klipin rejissoru Aqil M.Quliyevdir. Yerli modellərdən birinin də çəkildiyi klip sevgidən bəhs edir: “Xəyyamın məhz bu mahnını seçməsində mənim təsirim olmayıb. Sadəcə olaraq müğənninin ifasında səslənən bu mahnı bütün hit-paratlarda və onluqlarda birinci yeri tutur. Xəyyam da tamaşaçıların və dinləyicilərin bu marağını nəzərə alaraq yaradıcılığında ən bahalı klipi bu mahnıya çəkdirmək qərarını verdi. Bu klipin sponrsoru elə Xəyyamın özüdür”. Yaxın günlərdə hazır olacaq klipin tez bir zamanda yerli telekanallarda yayımlanması da nəzərdə tutulur. Onu da deyək ki, mahnı “İstanbul” adlandığı və klipin çəkilişləri də məhz o şəhərdə aparıldığı üçün X. Nisanov ekran işinin bir neçə tanınmış türk kanalında nümayiş olunmasını istəyir. Bu istəyini həyata keçirmək üçün isə müğənni artıq bir neçə türk kanalı ilə danışıqlar apararaq razılıq əldə edib. M. Arifin sözlərinə görə, bir neçə ay ərzində X. Nisanov Türkiyənin bir neçə canlı proqramında qonaq olacaq və verilişlərdə məhz bu mahnı ilə çıxış edəcək. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|