Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Xaricdəki tələbələrimiz sahibsizdir

25.11.2008 20:49:00

Dövlət xətti ilə təhsil alan bir qrup azərbaycanlı tələbənin xərcləri ödənilmir
  “Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı” çərçivəsində xaricidə təhsil alan bir qrup tələbənin valideynləri Milli Məclisin qarşısına toplaşaraq dövlət tərəfindən nəzərdə tutulan xərclərin övladlarına ödənmədiyi haqda deputatlara şikayət ediblər.
Valideynlər Dövlət Proqramına uyğun olaraq, övladlarının xarici ölkələrdə təhsil almağa göndərilmələrinə baxmayaraq, indiyə kimi onların xərclərini özlərinin ödədiklərini bildiriblər. Millət vəkilləri məsələ ilə maraqlanacaqlarına söz veriblər.

Təhsil Nazirliyinin mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi Ədilə Əhmədova açıqlamasında deyib ki, “Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin yaşayış xərclərinin ödənilməməsinin səbəbini sözügedən məsələ ilə bağlı normativlərin Nazirlər Kabineti (NK) tərəfindən hələ təsdiq edilməməsi ilə bağlıdır.

Onun sözlərinə görə, ötən il proqram çərçivəsində xarici ölkələrə təhsil almaq məqsədi ilə gedən gənclərin yaşayış xərcləri onların oxuduqları ali məktəblər və yaşadıqları yataqxanalardan təqdim edilən maliyyə sənədləri əsasında ödənilib. NK-nın bu ilin iyunun 3-də verdiyi 128 saylı “Xarici ölkələrdə təhsil alacaq azərbaycanlı gənclərin seçim qaydalarının təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq isə 2008-2009-cu il tədris ilindən həmin tələbələrin yaşayış xərclərinin ödənilməsi xüsusi normativlər əsasında həyata keçirilməlidir. Həmin normativləri artıq hazırlayaraq NK-ya təqdim etdiklərini deyən Ə. Əhmədova bildirib ki, bu sənəd təsdiqlənən kimi tələbələrin həmin xərcləri tədris ilinin əvvəlindən hesablanmaqla ödəniləcək.

Nazirlik səlahiyyətlisinin sözlərinə görə, bu il 19 ölkədə təhsil alan 200-ə yaxın azərbaycanlının yaşayış xərclərinin ödənilməsi üçün təqribən 5 milyon manat tələb olunur. Ə. Əhmədova onu da qeyd edib ki, hazırda tələbələrin yaşayış xərclərindən başqa digər xərclərinin - təhsil haqqı, yol bileti, viza rüsumu, qeydiyyat haqqının ödənilməsində heç bir problem yoxdur, bunun üçün tələb olunan vəsaitlər dövlət tərəfindən maliyyələşdirilir.

Məsələ ilə bağlı NK-nın mövqeyini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, tələb olunan vəsait Dövlət Neft Fondundan ayrılır.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Misir Mərdanov əmr verdi
 » Məktəblər soyuqdan donur
 » Magistraturaya qəbul 2 mərhələdə
 » «Azərbyacanca-gürcücə» lüğət
 » Evdən qida gətirilməsinə qadağa
 » Köçkünlərə yeni məktəblər
 » Rüb sonu zaçotlar qanunsuzdur
 » Xaricdə pulsuz təhsil imkanı
 » GDU-nin 70 illiyi qeyd olunacaq
 » TQDK test sualları toplayır
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.