| |
Voleybol üzrə qızlarımızdın ibarət «U-16» yığma komandamız Brüsseldə başa çatan beynəlxalq turnirdə qələbə qazanıb. Finala doğru yolda gənc voleybolçularımız öncə Slovakiya və Belçika, yarımfinalda isə Polşa komandalarını məğlub ediblər. Həlledici mərhələdə yenidən Slovakiya kollektivi ilə üz-üzə gələn voleybolçu qızlarımız, 5 set davam edən gərgin mübarizədə, slovakiyalıları 3-2 hesabı ilə udublar.
|