Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Şəhid əsgərimiz torpağa tapşırıldı    • Azərbaycan-Albaniya 1:1    • Orduda daha bir işgəncə faktı    • Obamanı “zənci-kölə” adlandırdı    • ATƏT-in monitorinqi keçirilib    • Ermənilər şəhid əsgərimizin meyitini qaytardılar    • Ordumuzun mövqeləri atəşə tutulub    • İrandan PKK və PEJAK-a ağır zərbə    • Cəbhə xəttində monitorinqdir    • Vasif Talıbovun özbaşnalığı
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Vicdan

01.10.2008 22:04:02

Vicdan - ağı qaradan ayıran daxili mexanizm
  İnsanın mahiyyəti, özünü qavraması və dərk etməsi mənalarına gələn vicdan əslində insan ruhunun iradə, zehin və hisslərdən ibarət mexanizmidir.
İnsan məhz bu mexanizm vasitəsilə ağı qaradan, yaxşını pisdən ayırır, ən çətin və ziddiyyətli məqamlarda ən doğru qərarı verir. İnsan vicdanı sayəsində özünü dərk edir və Haqq yolunun yolçusuna çevrilir.
Vicdan subyektiv bir analizçidir. Ancaq bu subyektivlik ciddi əsaslara dayanır. Vicdanın səsi ilə verilən qərar ya doğru olur, yaxud da doğruya maksimum yaxınlaşır. Çünki hər kəsi aldatmaq mümkündür, ancaq vicdanı əsla.
Vicdan doğruları diktə edir. Sadəcə olaraq, onu diqqətlə dinləmək lazımdır. Onun diktəsinə riayət etdikdə insan mənən rahat olur, çünki ən doğru və inandığı qərarı verdiyinə tam səmimiyyəti ilə inanır.
Vicdan heç də hər zaman gözlə görülən, əllə tutulan faktlara əsaslanmır. O, bəzən abstrakt əsaslara söykənir. Bəzən hisslər və duyğular vicdanı qərar verməyə təhrik edir. Ancaq bu o demək deyil ki, vicdan rasional düşüncəyə önəm vermir. Təbii ki, maddi sübut və əsaslar da vicdan mexanizminin söykəndiyi faktlardandır.
Vicdan çox yaxşı müşahidəçidir. Onun diqqətindən heç nə yayınmır. O, bəzən müşahidələrinə əsaslanıb qərar verir, bəzən də təcrübələrinə. O, bütün bilgiləri və məlumatları yaddaşında mühafizə edir, yeri gəldikdə isə onlardan faydalanır.
Bu da bir həqiqətdir ki, vicdan hər zaman obyektiv qərar vermir. Onun verdiyi qərarlar arasında yanlış olanlar da ola bilər. Ancaq xüsusilə vurğulamaq lazımdır ki, vicdan bilərəkdən və qəsdən yanlış qərar vermir.
“Vicdan əzabı” deyə bir anlayış var. Bu ifadədən tez-tez istifadə edirik. Vicdan əzabı, verilən yanlış qərardan sonra çəkilən daxili iztirabdır. O elə bir iztirabdır ki, insanı mənən yandırır, həyatını alt-üst edir. Ancaq bu da bir gerçəkdir ki, vicdan əzabını da vicdanının səsinə qulaq asanlar çəkir. Bir insanın xətaya yol verməsi, günah işləməsi tamamilə normaldır. Ancaq səhvlərini yalnız vicdanlı insan başa düşür, yalnız vicdanlı insan peşman olub, daxili əzab çəkir və bir daha səhvə yol verməmək üçün əlindən gələni edir.
Vicdan həqiqəti vasitəsiz olaraq duyur. Çünki vicdanın kökündə saflıq və paklıq durur.
İnsan bir məsələ ilə bağlı qərar verərkən əvvəla gördüyü və duyduğu faktlara əsaslanır. Ancaq belə faktlar olmadıqda, ikinci mərhələdə vicdanının duyğularına müraciət edir, onun göstərdiyi yola etibar edir.
Cəmiyyətin ən hörmətli və etibar görən üzvləri də məhz vicdanlı insanlardır. Belələri hər zaman digərlərinin etimadını qazanırlar. Çünki onlar nəfslərinə uyğun davranmırlar. Verdikləri qərarlar hansısa subyektiv maraqlara əsaslanmır.
Vicdan Haqqdan qidalanır. Günəbaxan bitkisinin günəşə doğru istiqamət götürdüyü kimi, vicdan da daima Haqqa baxır, enerjisini Ondan alır. Yetər ki, vicdanı boğub, onun səsini batırmayaq. Hazırda cəmiyyətimizdə əyər-əskikliklər varsa, o da insanların öz vicdanlarının səsinə qulaq asmamalarından qaynaqlanır.

ZAMAN
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 » Bildiyini anlamaq, anladığını yaşamaq
 » Haqq Günü
 » Prinsipial həyat yaşamaq
 » Bunları bilirsinizmi?
 » Allahın əmrinə təslim olan ana
 » Reallıqlar və doğrular
 
 Ömər AHISKALI
  Yaltaqlara super şans!
  Rüstəm İbrahimbəyov: Çox təəssüf ki, milyonlarla Azərbaycan vətəndaşı bu imkana ...
03.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Avstriya-Türkiyə 2:4
Sonrakı >
< Əvvəlki
Avstriya-Türkiyə 2:4
Avstriya və Türkiyə milliləri arasında keçirilən yoldaşlıq matçında Tuncay Şanlı əsl şou göstərdi
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.