Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vatikanda azərbaycanlı rəssamın sərgisi açılıb

22.05.2008 14:01:31

Vatikan rəsmisi Bernar Ardura Əşrəf Heybətovun sərgisini dinlərarası dialoqa dəstək istiqamətində mühüm təşəbbüs adlandırıb
  Vatikanda Apostol Dəftərxanası Sarayında (Palazzo della Cancelleria Apostolica) soydaşımız, Azərbaycanın əməkdar rəssamı, UNESCO Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun fərdi sərgisi açılıb. Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata göərə, sərgidə əsasən Bibliya mövzusunda işlənmiş əsərlər nümayiş etdirilir. Tədbiri açan Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Müqəddəs Taxt-Tacda akkreditə olunmuş səfiri Elçin Əmirbəyov bildirib ki, bu sərginin məqsədi Azərbaycanla Vatikan arasında mədəni əlaqələri genişləndirməkdir. Səfirin fikrincə, bu sərgi həm də Azərbaycanın mədəniyyətlər, dinlər və sivilizasiyalararası dialoqa getdikcə daha çox tövhə verməsinin göstəricisidir.

Vatikan adından çıxış edən Apostol Şurasının mədəniyyət məsələləri üzrə katibi Bernar Ardura da Azərbaycan səfirinin fikrini dəstəkləyərək bu tədbiri dinlərarası dialoqa dəstək istiqamətində mühüm təşəbbüs adlandırıb. Bernar Ardura bu təşəbbüsün Avropa Birliyinin müxtəlif mədəniyyətlər arasında dialoq ili elan etdiyi 2008-ci ildə reallamasının xüsusən əhəmiyyətli olduğunu vurğulayıb. Vatikan rəsmisi öz çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlığı, o cümlədən Azərbaycandakı katolik icmasına göstərilən cöx gözəl münasibəti Müqəddəs Taxt-Tac yüksək qiymətləndirir. Bernar Arduranın fikrincə, əhalisinin əsas hissəsi müsəlmanlardan ibarət Azərbaycanı təmsil edən rəssam Əşrəf Heybətovun Bibliya mövzusunda işlədiyi rəsmlər Azərbaycan xalqının başqa dinlərə və xalqlara qarşı dözümlülüyünü bir daha təsdiq edir. “Bundan başqa rəssamın bütün obrazları aydın və ifadəli işləməsi belə bir fikir söyləməyə əsas verir ki, incəsənət müxtəlif mədəniyyətləri təmsil edən insanları birləşdirə bilir”-deyə Vatikan təmsilçisi Bernar Ardura əlavə edib.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Tarkan Yaşıl Teatrda konsert verdi
 » Aktyorlar gildiyasından nazirliyə təklif
 » Diqqətlər yenidən Serbiyanın paytaxtında
 » Azərbaycan çox ciddi rəqibdir
 » “Evrovision”a start veriləcək
 » "Xristian ölkələri çalışırlar ki..."
 » "Evrovizion"da qələbə çalmasq üçün güclü diaspora olmalıdır
 » Bu gün tarzən Ramiz Quliyevin ad günüdür
 » “Qlobal Kənd” festivalı keçiriləcək
 » Niyaməddin Musayev ittihamlara cavab verib
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Anonim deyə oxunan mahnılarımız
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
"Eurovision"da Azərbaycanı təmsil edəcək müğənnidən razısınızmı?
 
H?
Yox
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.