Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Vaqif Həsənov:

01.12.2008 08:47:02

"Nəqliyyat hadisəsi" sözünü eşidənlərin çoxu "Allah eləməsin", "bəd-bəd danışma" deyib, sığortalanmaqdan imtina edirdilər”
  Noyabrın 27-də Azərbaycan sığorta bazarında ən gənc şirkət olan “Qarant Sığorta”-nın ilk yaşı tamam oldu.

Bazarın ən dinamik inkişaf edən və ən iddialı şirkətinin İdarə Heyətinin sədri Vaqif Həsənovla “Qarant Sığorta”-nın əldə uğurlar, qlobal maliyyə böhranının yaratdığı təhlükələr və digər məsələlərlə bağlı söhbət etdik:

- Vaqif müəllim, noyabrın 27-də “Qarant Sığorta” şirkətinin qeydiyyatdan keçməsinin 1 ili tamam oldu, yəni rəhbərlik etdiyiniz şirkətin 1 yaşı tamam oldu. Bu münasibətlə sizi təbrik edirik və ənənəvi sual vermək istəyirik: bu dövr ərzində hansı işlər görülüb?

- Biz 27 noyabr 2007-ci il tarixində qeydiyyatdan keçsəkdə faktiki fəaliyyətə bu ilin əvvəlində başlamışıq. Bir şirkət üçün çox qısa zaman olsa da biz böyük nailiyyətlər əldə etmişik. Mən 27 noyabr 2007-ci ildəki “Qarant Sığorta” Şirkəti 27noyabr 2008-ci ildəki “Qarant Sığorta” şirkəti arasındakı bir neçə böyük fərqi nəzərinizə çatdırmaq istəyirəm:
1. Br il ərzində bizim sığorta yığımlarımızın həcmi 6 milyon manat təşkil edib. Bu, bizdən illər əvvəl fəaliyyətə başlamış 20-yə yaxın sığorta şirkətinin yığımlarından çoxdur. Bizim fəaliyyətimizin ilk ili topladığımız sığorta yığımlarının həcmi illərdir bazarda çalışan 10-a yaxın şirkətin ümumi yığımından artıqdır.
2. BMT-nin özəl biznes sahəsində çox nüfuzlu təşəbbüsü olan Qlobal Sazişə Azərbaycandan qoşulan ilk sığorta şirkəti bizik. Bir neçə il əvvəl qəbul olunmuş bu beynəlxalq təşəbbüsə 130 ölkədən 4700-dən çox şirkət qoşulub. Azərbaycandan isə yalnız biz. Demək istədiyim odur ki, biz yeni fəaliyyətə başlamağımıza baxmayaraq, artıq beynəlxalq arenada ölkəmizin adının az da olsa tanınmasında rol oynamışıq.
3. Bizim növbəti uğurumuz Azərbaycanın sığorta bazarına gətirdiyimiz dinamizmdir. Biz bazarda ən gənc şirkət olsaq da ən aydın vizyona və böyük ambisiyalara sahibik. 10 illərlə sığorta bazarında mövcud olan monotonluğu aradan qaldırmaq üçün yeni, fərqli xidmətlər üzərində çalışırıq. Elnur Abdullayevin bu yaxınlarda verdiyi müsahibə bütün sığorta sektorunda gərgin müzakirələrə, diskussiyalara səbəb oldu, şirkətlər bizim bəyanatlara cavab olaraq press-relizlər yaydılar. Bu, bizim bazara gətirdiyimiz dinamizmin göstəricisidir.
4. 1 il çalışsaq da mətbuatla ən düzgün və sıx əlaqələr quran sığorta şirkəti olduğumuzu düşünürəm. PR-aktivlik üzrə “Qarant Sığorta” artıq ilk üçlüyə daxildir. Bu bir il ərzində mətbuatda bizim haqqımızda 300-dən çox material yayımlandı və hamısı pozitiv xarakter daşıyırdı.

- Həqiqətən də təsiredici faktlardır. Lakin məni maraqlandıran məsələ sizin şirkətin ambisiyalı vizyonudur. Səhv etmirəmsə, siz “hər kəsin sığorta şirkəti” olmaq istəyirsiniz. Sizcə, bu, real hədəfdirmi?
- Çox real və əlçatan hədəfdir. Biz artıq bu istiqamətdə ciddi şəkildə irəliləyirik və mən düşünürəm ki, yaxın bir neçə ildə biz Azərbaycanda fiziki şəxslər arasında ən çox müştərisi olan sığorta şirkəti olacağıq. Faktiki fəaliyyətə başlayandan 8 ay sonra biz Gəncədə ilk filialımızı açdıq, ilin sonuna kimi Bərdədə, gələn isə dıgər bölgələrdə filiallar açacağıq. Bu filialların açılmasında əsas məqsəd vətəndaşlarımıza maksimum yaxın olmaqdır.
Mən karyerama Azərbaycanın sığorta şirkətlərindən birində adi satış təmsilçisi kimi çalışmağa başlamışdım. O zaman bu işə başlayanda sığorta haqqında çox az biliyim vardı və yeni işimi başqa ciddi iş üçün tramplin hesab edirdim. Ancaq çalışdıqca anladım ki, sığorta böyük inkişaf potensialına malik sahə olmaqla bərabər həmçinin dünyadakı qeyri-stabillikdən yaranan və həyatımızı daha da çətinləşdirən risklərdən qurtarmanın ən ideal yoludur.
O zamanlar insanları sığortalanmağa inandırmaq çox çətin idi. Mən maşın alan insanlara yaxınlaşaraq avtomobillərini nəqliyyat hadisələrindən sığortalamağı təklif edirdim. “Nəqliyyat hadisəsi” sözünü eşidənlərin çoxu “Allah eləməsin”, “bəd-bəd danışma” deyib sığortalanmaqdan imtina edirdilər. Bu, insanlarda sığorta mədəniyyətinin olmamasının göstəricisi idi. Lakin sığortanın müsbət tərəflərini izah edərək onları inandırırdım, sığorta haqqında biliklərini artıraraq, məhsulları satırdım. Təcrübə göstərdi ki, bizim ölkədə və bizim sektorda çalışarkən uğura aparan uzun, lakin yeganə düz yol budur.
Düz bir il əvvəl “Qarant Sığorta” şirkətini yaradarkən uğur prinsipimiz üzərində çox düşünmədən “Cəmiyyətin sığorta haqqında biliyini artıraraq bütün müştərilərə ən keyfiyyətli xidmət təklif etmək” olacağını qərara almışdıq. Bu, bizlərin - “Qarant Sığorta”-nın əsasını qoyanların şəxsi təcrübəsindən doğan uğur prinsipi idi. Və bir illik fəaliyyətimiz göstərdi ki, biz bunu şirkətimizin uğur prinsipi etməkdə yanılmadıq.

- Siz bir az öncə dünyadakı qeyri-stabillikdən danışdınız. Getdikcə daha çox ölkəyə təsir edən qlobal maliyyə böhranının sizin şirkətdən yan keçəcəyini bildirmişdiniz. Lakin həmin o məhşur müsahibədən sonra bir çox şirkətlər, rəsmilər və ekspertlər bunun əksini iddia edirdi...

- Biz onda da, indi də o mövqedə dururuq ki, Azərbaycan rəhbərliyinin düzgün iqtisadi siyasəti nəticəsində bu böhran ümumilikdə ölkəmizdən yan keçəcək. Yəni Azərbaycan bu böhrandan ən az zərər görən ölkələrdən biri olacaq. Bu sözlərimizi dəstəkləyən faktlar kifayət qədərdir. “Fitch” agentliyinin bir neçə ay əvvəl Mərkəzi və Şərqi Avropa ölkələri arasında keçirdiyi araşdırmaya görə, Azərbaycan maliyyə böhranına dözümlülük indeksi üzrə birinci yerdədir.
Bizim şirkətdə eyni durumdadır. Maliyyə böhranının bir neçə ay davam etməsinə, bu dövr ərzində bir çox şirkətlərin gəlirlərində azalmaların, işçilərini ixtisar etmələrin müşahidə olunmasına baxmayaraq biz əksinə böyüyürük və gələn ilin əvvəlində nizamnamə kapitalımızı mənfəətimiz hesabına artırmağı düşünürük.
Biz deyirdik ki, qlobal maliyyə böhranı gəlirini bankların verdiyi kreditlər əvəzində qoyulan girovların sığortalanmasından əldə edən şirkətlərə mənfi təsir edəcək və IV rübün sonunda açıqlanan maliyyə göstəriciləri bunu sübut edəcək. Həmin şirkətlərin gəlirlərinin 35-40%-i girov mənzil və avtomobillərdən əldə olunurdu.
Ölkədə həm avtomobil, həm də mənzil sahəsi üzrə bank kreditləşmələrində müəyyən azalma müşahidə olunur. Lakin bizim şirkətin satışları bütün proqnozlarımızı üztələyir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Hakimiyyət bahalaşma planı qurur
 » Neftin qiyməti 50 dolları keçdi
 » Pensiyalar artırılacaq
 » Neft 48 dollara satılıb
 » İnflyasiya 15-17 faiz təşkil edəcək
 » İnflyasiya azalacaq
 » Bu il Azərbaycanın Neft Fondu üçün uğurlu olub
 » Neft ucuzlaşır
 » Ölkədə torpaq ucuzlaşır
 » Un idxalı 60,3 dəfə artıb
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.