| |
Geri |
|
| |
|
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb
29.11.2008 14:43:32
Üzgüçülüyün bras növü üzrə qızların yarışında Pekin Olimpiya oyunlarının iştirakçısı Oksana Hətəmxanova Azərbaycan çempionu adını qazanıb
|
|
| |
Təhsil respublika idman mərkəzində keçirilən üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb. Üzgüçülüyün çoxnövçülük növündə keçirilən yarışın qalibləri, ümumilikdə 50-dən artıq idmançının mübarizəsində məlum olub. Son yarış günü Baterflyay növündə oğlanlar arasında Elgün Babayev, qızlar arasında isə Leyla İslamova birinci olub. Sərbəst üsulla sprint yarışında xanımlar arasında Natalya Filina, oğlanların mübarizəsində isə Nazim Ağayev ölkə çempionu olub. Arxasıüstə üzən oğlanlar arasında Boris Kirilov, qızlarda isə Yelena Paşutina birinci olub. Üzgüçülüyün bras növündə Teymur Quliyev ölkə çempionu adını qazanıb. Bu növdə qızların yarışında Pekin olimpiya oyunlarının iştirakçısı Oksana Hətəmxanova birinci yeri tutub. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|