| |
Bu gün Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə geniş tərkibdə Ukrayna-Azərbaycan danışıqları keçirilir. Bu barədə Ukrayna prezidentinin rəsmi intermet saytı məlumat verib. Ukrayna tərəfdən danışıqlarda mədəniyyət və turizm, nəqliyyat və rabitə, iqtisadiyyat, yanacaq və energetika nazirləri, xarici işlər nazirinin müavini, prezident katibliyinin rəhbərinin müavini, Qiymətli Kağızlar və Fond Bazarı Üzrə Dövlət Komissiyasının sədri və digərləri iştirak edir.
Ukrayna prezidenti Viktor Yuşşenko iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, əsasən ötən il ərzində Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinin artaraq 43 faiz təşkil etdiyini vurğulayıb. |