| |
Geri |
|
| |
 |
Əliyev və Yuşşenko təkbətək görüşüblər
22.05.2008 12:25:34
Dövlət başçıları Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq deklarasiyasına imza atacaqlar |
|
| |
Bu gün Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycan prezidenti İlham Əliyevin rəsmi görüşü baş tutub. Ukrayna prezidentinin rəsmi saytının məlumatına görə, Ukraynanın dövlət başçısı öz həmkarını Prezident Katibliyinin qarşısında qarşılayıb. Hər iki ölkənin himni səslənib, dövlət başçıları rəsmi qaravul dəstəsinin qabağından keçiblər.
Daha sonra ölkə başçılarının təkbətək görüşü baş tutub. Bundan sonra Ukrayna və Azərbaycan prezidentlərinin geniş tərkibdə danışıqları başlayacaq. Danışıqların sonunda ölkə başçıları ikitərəfli sənədləri imzalayacaqlar. Əsasən Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq deklarasiyasına imza atacaqlar. İmzalanma mərasimindən sonra prezidentlər bəyanat verəcəklər və KİV nümayəndələri ilə görüşəcəklər. Qeyd edək ki, İlham Əliyev 21-23 may tarixlərində Ukraynada rəsmi səfərdədir |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|