| |
Geri |
|
| |
 |
Ukrayna qaz problemini həll etdi
13.02.2008 15:12:54
Prezidentlər qaz vintilini bağlamağa qoymadılar |
|
| |
Rusiya və Ukrayna arasında yaranan növbəti qaz problemi çözülüb. Gərginliyin daha da böyüməsinə imkan verməyən iki ölkənin prezidentləri Moskvada sövdələşmə əldə ediblər. Vladimir Putin və Viktor Yuşşenko arasında keçən danışıqlarda Ukraynanın «Qazprom»-a olan borcunun ödənilməsi və yaxın illərdə qaz sahəsində əməkdaşlığın şərtləri razılaşdırılıb. «Qazprom» borcun ödənməyəcəyi təqdirdə ötən gün Ukraynaya qazın verilməsini dayandıracağını bildirirdi. Lakin prezidentlər arasındakı razılıq bu addımı lüzumsuz edib. Yeni razılaşmaya görə Ukrayna borcunu fevralının 14-dən başlayaraq ödəyəcək. Bu xəbəri mətbuat konfransınıda Viktor Yuşşenko bəyan edib. Yeni razılaşma tərəflər arasında sabah imzalanacaq. Ukrayna ötən il üçün hər min kubmetr qaza görə 130 dollar, bu ildən isə 179.5 dollar ödəyəcək. Həmiçnin yeni razılığa əsasən «Qazprom» və Ukraynanın «Naftoqaz» şirkəti arasında əlaqələr bir başa - vasitəsiz həyata keçiriləcək. Tərəflər Rusiya qazının Ukraynaya ötürülməsini təmin edəcək birgə şirkət yaradacaqlar. Yeni sövdələşməyə münasibət bildirən Vladimir Putin razılaşmanın iki ölkənin maraqlarıyla yanaşı həm də avropadakı enerji təhlükəsizliyinin təmin olunması faktoru olduğunu söyləyib. O, Ukrayna tərəfinin təklifinin «Qazprom»-u qane etdiyini bildirib. Vladimir Putin razılaşmanın Ukrayna tərəfindən yerinə yetiriləcəyinə ümid etdiyini vurğulayıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|