| |
Geri |
|
| |
 |
Ukrayna ilə Azərbaycan arasında 5 sənəd imzalanıb
22.05.2008 14:36:25
Viktor Yuşşenko və İlham Əliyev Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının əsasını qoyublar |
|
| |
Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Dövlət başçıları Ukrayna ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Viktor Yuşşenko və İlham Əliyev həmçinin Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının əsasını qoyublar və onun nizamnaməsini imzalayıblar.
Ukrayna mətbuatının məlumatına görə, dövlətlər arasında 5 sənəd imzalanıb: Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikası hökuməti arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə razılıq, dövlət xidmətinin inkişafı sahəsində, gənclər və idman sahəsində razılıq, Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illərdə əməkdaşlıq sahəsində protokol və Azərbaycan prezidenti yanında qiymətli kağızlar üzrə dövlət komissiyası ilə Ukraynanın qiymətli kağızlar və fond bazarı dövlət komissiyası arasında qarşılıqlı anlaşma barəsində memeorandum. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|