Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal həbs edilib. Ədirnədə keçirilmiş “Arasta” əməliyyatında Ədirnə bələdiyyə başqanı Hamdi Sədəfçi də saxlanılıb. Ə. Özal da bu əməliyyatda H. Sədəfçi ilə əlaqələrinə görə saxlanılıb. Amma həbsindən əvvəl Ə. Özal H. Sədəfçini tanımadığını deyib. Qeyd edək ki, Ədirnədə içməli su ilə bağlı tenderdə və bələdiyyə binasının satılmasında korrupsiyaya yol verməsi iddiası ilə ölkənin 8 şəhərində əməliyyat keçirilib və 20 nəfər saxlanılıb.