| |
Geri |
|
| |
 |
Türkiyə millisi Avstriyaya dərs keçdi
20.11.2008 11:58:22
Səfərdə Avstriya millisi ilə qarşılaşan Türkiyə millisi 4-2 hesablı qələbə qazanıb
|
|
| |
Noyabrın 19-da Azərbaycan millisi ilə yanaşı bir çox ölkələr də beynəlxalq yoldaşlıq matçlarında qüvvəsini sınayıb. Səfərdə Avstriya millisi ilə qarşılşan Türkiyə 2-4 hesablı qələbə qazanıb. Matçın 28-ci dəqiqəsində Avstriya millisinin oyunçusu Hölzl hesabı açıb: 1-0, Türkiyə bu qolun cavabını 38-ci dəqiqədə verib - Mehmet Aurelio fərqlənib: 1-1, 41-ci dəqiqədə Tuncay Şanlı Türkiyə millisini hesabda irəli keçirib: 1-2 ilk yarı bu hesabla başa çatıb. Oyunun 47-ci dəqiqəsində Tuncay Şanlı hesab arasındakı fərqi ikiyə çıxarıb: 1-3, 53-cü dəqiqədə Avstriya bu qollardan birinin əvəzini çıxıb. Hölzl özünün və komandasının ikinci qoluna imza atıb: 2-3. Oyunda son nöqtəni isə Tuncay Şanlı qoyub - 62-ci dəqiqədə het-trik edən futbolçu komandasına 4-2 hesablı qələbə qazandırıb.
Noyabrın 19-da keçirilmiş digər yoldaşlıq oyunlarında qeydə alınmış nəticələr belədir:
Makao – Honq Konq 1-9 Malta – İslandiya 0-1 Oman – Paraquay 0-1 Litva – Moldova 1-1 Çernoqoriya – Makedoniya 2-1 Serbiya – Bolqarıstan 6-1 Slovakiya – Lixtençteyn 4-0 Cənubi Kipr – Belarus 2-1 Misir – Benin 5-1 Çin – Tunis 0-0 Ukrayna – Norveç 1-0 Rumıniya – Gürcüstan 2-1 Cənubi Afrika – Kamerun 3-2 Mərakeş – Zambia 3-0 Danimarka – Ules 0-1 Sloveniya – Bosniya Hersoqovina 3-4 Yunanıstan – İtaliya 1-1 Lüksemburq – Belçika 1-1 İsveçrə - Finlandiya 1-0 Almaniya – İngiltərə 1-2 Hollandiya – İsveç 3-1 Şimali İrlandiya – Macarıstan 0-2 Fransa – Uruquay 0-0 İrlandiya – Polşa 2-3 Şotlandiya – Argentina 0-1 İspaniya – Çili 3-0 Braziliya – Portuqaliya 6-2 Venesuela – Anqola 0-0 Kolumbiya – Nigeriya 1-0
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|