Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Türkdili Ölkələrin Parlament Assambleyası yaradıldı

21.11.2008 21:11:22

Assambleyanın yaradılması təklifini 1996-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb
  Bu gün İstanbuldakı Dolmabağça sarayında Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçlıq etdiyi parlament nümayəndə heyəti iştirak edib.

Konfransın açılışında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül bildirib ki, bu tarixi gündə dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addım atılır. Ən yüksək səviyyədə keçirilmiş görüşlər, habelə alimlər, iş adamları, sənətçilər arasında dostluq münasibətləri xalqlarımızın böyük dəstəyi ilə daha da genişlənir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması təklifini 1996-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü və bu gün imzalanacaq sazişlə bu mühüm təşkilat qurulacaqdır. Assambleyanın Türkiyədə fəaliyyət göstərəcək Daimi Katibliyinin yaradılması fikri də bütün dövlət başçıları tərəfindən dəstəklənib. Bu məsələ gələn il Bakıda keçiriləcək zirvə görüşündə müzakirə olunacaq, sonra isə Bişkekdəki sammitdə müvafiq sənəd imzalanacaqdır. Bundan başqa, Türkdilli Ölkələrin Ağsaqqallar Şurasının da yaradılması nəzərdə tutulur.
Abdullah Gül daha sonra deyib ki, Türkdilli ölkələrin dövlət başçılarının 1992-ci ildən başlayaraq keçirilmiş 8 zirvə görüşündə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub: “Bakıda keçiriləcək sammit də bu baxımdan çox əhəmiyyətli olacaq. Türk xalqlarının qardaşlıq ittifaqı heç kimə qarşı deyil, əksinə, sağlam zəkaya söykənən birliyin qurulması məqsədini daşıyır. Qardaş xalqlar son illər böyük enerji və nəqliyyat layihələri həyata keçiriblər. Bir zamanlar çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə artıq 500 milyon barrel xam neft Bakıdan dünya bazarlarına göndərilib, Qazaxıstan neftinin də bu boru xətti ilə nəqlinə başlanıb. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də uğurla fəaliyyət göstərir. Bakı, Tbilisi və Qarsda dövlət başçılarıının təməlini qoyduğu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də davam edir. Bütün bu layihələr dost və qardaş ölkələrin uğurlu əməkdaşlığının gözəl örnəyidir. Türkiyənin dövlət başçısı konfransın işinə uğurlar dilədi, Türkdilli Ölkələrin Parlament Assambleyasının millət vəkillərinin dostluğuna və əməkdaşlığına təkan verəcəyinə ümidvar olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə parlamentinin spikeri Köksal Toptan da çıxışlarında yaradılan qurumun türkdilli ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından əhəmiyyətli olduğunu söyləyiblər. Oqtay Əsədov Azərbaycan dövlətinin türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Əlavə etdi ki, türkdilli ölkələrin yerləşdiyi coğrafiya dünyanın siyasi və iqtisadi həyatında olduqca əhəmiyyətlidir.
Sonra türkdilli ölkələrdən gəlmiş millət vəkilləri çıxış ediblər. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı bildirib ki, azərbaycanlı şair Əhməd Cavadın şeirində deyidiyi kimi, çırpınan Qara dənizi salamlayan türk bayrağını bir gün də Qarabağ salamlayacaq, bütün dünyada türk mərkəzləri qurulacaq, türk xalqları dünyada söz sahibi olacaqlar.
Konfransın sonunda yekun Bəyannaməsini və Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə Sazişi Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamenti Senatının sədr müavini Muhammed Kopeyev, Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev imzalayıblar.
Konfrans çərçivəsində Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu qəbul edib. Oqtay Əsədov Türkiyə parlamentinin sədri Köksal Toptan və digər həmkarları ilə də görüşləri olub.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Moskvada 26 nəfər soyuqdan ölüb
 » Yuşşenko Medvedevdən qaz tələb etdi
 » Qətliyamdan sonra «humanitar dəhliz»
 » Qəzza uğrunda döyüşlər gedir
 » ABŞ prezidentləri Ağ Evə yığışıblar
 » Rusiya Avropanı qazsız qoydu
 » İsrail səfiri deportasiya edilir
 » İsrail Qəzza bölgəsində üç məktəbi bombalayıb
 » Buşun ailəsi qırılırmağa başlayıb
 » Qvatemalada sürüşməsi baş verib
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.