| |
Geri |
|
| |
|
Trelleborq turnirindən 5 medal
12.02.2008 11:53:46
Azərbaycan taekvondoçuları Trelleborq turnirindən 5 medal qazanıblar |
|
| |
Taekvondoçular İranda keçirilən “Fəcr” turnirində daha iki medal qazanıblar. Azərbaycan taekvondoçularının İsveç turnesi uğurla başa çatıb. Beynəlxalq Trelleborq turnirindən millilərimizin qazancı 5 medal olub. Baş mükafat 63 kq çəki dərəcəsində döyüşən xanım taekvondoçu Günay Ağakişiyevanın aktivindədir. Orta çəkili digər iki taekvondoçu isə Trelleborq turnirindən qazancı gümüş medal olub. Bunlar dünya çempionatının bürünc mükafatçısı Elnur Amanov və onun komanda yoldaşı Fərid Tağızadədir. Yarımfinalda mübarizəni dayandırmış digər iki döyüşçümüz isə yarışın bürünc medalını boynundan asıb.
İrana ezam olunmuş taekvondoçularımız da uğurlarını sərgiləməkdədirlər. Tehran turnirinin iki yarış günündən sonra komandamızın aktivində 1 gümüş və 1 bürünc medalı var. Gümüş medal “Fəcr” turnirinin finalında məğlub olmuş Avropa çempionu İlkin Şahbazovun aktivindədir. Yarımfinalda mübarizəni dayandırmış Rövşən Məmmədov isə orta çəkili taekvondoçuların mücadiləsində ən güclü üçlüyü tamamlıyıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|