| |
Geri |
|
| |
|
TQDK-nın yeni test tapşırıqları
10.10.2008 19:01:23
TQDK-nın yeni test tapşırıqları dərc olunub |
|
| |
Test toplularını saxta materiallardan asanlıqla seçmək mümkün olacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) V-XI siniflər üçün fənlər üzrə yeni test kitabçaları işıq üzü görüb. Kitabçalar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri üçün dərs vəsaiti kimi təsdiq olunub.
TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, kitabçalar şagirdlərin və abituriyentlərin proqram materiallarını mənimsəmə səviyyəsinin yoxlanılması, keçirilən mövzular üzrə biliklərin möhkəmləndirilməsi və testlərlə işləmək vərdişlərinin artırılmasına kömək edəcək. Onun sözlərinə görə, orta məktəblərin tədris proqramlarına uyğun hazırlanmış test tapşırıqlarında dərsliklərə edilmiş dəyişikliklər nəzərə alınıb. Vəsaitdə təklif olunan test tapşırıqları proqramın hər bölməsinə, rüblük və illik materiallara bölünüb.
Yeni test toplularını fərqləndirən ən mühüm cəhətlərdən biri vəsaitlərin nəfis tərtibatla çap olunmasıdır. Bu sayədə vəsaitlərin saxta nümunələrini müəyyən etmək mümkündür. Belə ki, yeni dərc olunmuş test kitabçalarının üzərində onun aid olduğu fənn və sinfi göstərən yazılar qabarıq şəkildə verilib. Vəsaiti əldə edənlər əlini kitabın üz qabığındakı hərflərin üzərində gəzdirməklə onun saxta olub-olmadığını dərhal müəyyənləşdirə bilir.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|