| |
Geri |
|
| |
 |
TQDK-nın yeni “qorunma” metodu
10.10.2008 14:05:21
TQDK yeni test toplularının saxtalaşdırılmasını əngəlləmək üçün növbəti “qorunma” metodu tətbiq etməyə başlayıb |
|
| |
ələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V-XI siniflər üçün fənlər üzrə test toplularının təkmilləşdirilmiş variantlarını çap edib. TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, Təhsil Nazirliyinin dərs vəsaiti kimi təsdiqlədiyi bu vəsaitlər orta məktəblərin tədris proqramlarına uyğun hazırlanıb. Yeni vəsaitlərdə hər bölmədə bir necə variant və hər variant üzrə 10 test tapşırığı verilib. Sonda isə illik materialı yekunlaşdıran testlər qruplaşdırılıb. M. Abbaszadə deyib ki, indiyədək hazırlanan metodiki vəsaitlər saxtalaşdırılıb. Bununla bağlı yay aylarında hətta bir qrup şəxs cinayət məsuliyyətinə cəlb edilib. Yeni vəsaitlərə holoqramların vurulması belə halların qarşısını almağa yardım göstərmədiyi üçün yeni “qorunma” metodunun tətbiq edilməsinə başlanıb. TQDK-nın yeni test toplularının saxta variantlarının hazırlanmasını əngəlləmək üçün həmin nəşrlərin üzərində onun aid olduğu fənn və sinfi göstərən yazılar qabarıq şəkildə göstərilib. M. Abbazsadə abituriyentlərə həmin vəsaitləri alarkən bu əlamətə diqqət yetirmələrini vacib sayıb: “Bu kitabların məzmunu hər il dəyişir. Saxtakarlar isə köhnə materialları çap edib, onun üzünü yeniləşdirirlər. Buna görə də abituriyentlər aldanmamaq üçün diqqətli olmalıdırlar”. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|