| |
Yaponiyanın «Toyota» avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «iQ» modelini nümayiş etdirib. Avtomobilin uzunluğu cəmi 2 985 mm təşkil edir. Bundan başqa, yeni «iQ» modeli iki modifikasiyada buraxılacaq. Bunlardan birincisi ABS əyləc sistemi, 9 təhlükəsizlik yastığı, SD və MP3 sistemi ilə təchiz olunub. Lakin «iQ2» adlanan ikinci versiya isə əlavə olaraq avtomatik sürət qutusu, avtomatik iqlim-kontrol, böyük ekranlı naviqasiya və digər sistemlər ilə təchiz olunacaq. Yeni «iQ» 1,0 litr (68 at gücü) benzin və 1,4 litr (90 at gücü) həcmində olan dizel mühərrikləri ilə təchiz olunacaq ki, avtomobil şəhərdə cəmi 4,8 litr, trasda isə 3,5 litr yanacaq sərf edəcək. Məlumat üçün bildirək ki, Rusiya istehsalı olan «Oka» avtomobilinin uzunluğu 3200 mm-dir |