| |
2008-ci ilin yanvar ayında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər orta hesabla 1,5 faiz artıb. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin apardığı araşdırmalara əsasən, ötən ay torpaq sahələri üzrə orta qiymət 0,8 faiz azalıb. Eyni zamanda fərdi həyət evləri də 1,8 faiz ucuzlaşıb. Torpağın və fərdi həyət evlərinin ucuzlaşması bazarda qeyri-mövsümi aylarla bağlı aktivliyin aşağı düşməsiylə izah edilir. Əvəzində təkrar bazarda və kommersiya obeyktlərində 3 faiz bahlaşma qeydə alınıb. |