| |
«The Wolf Man» filminin remeykının yaradıcılarının verdiyi məlumata görə, film Mark Romanekin ani gedişindən sonra rejissorsuz qalmayıb. Hazırda çəkiliş qrupuna Joe Johnston başçılıq edir. “Universal”ın mətbuat katibi bildirir ki, 57 yaşlı Johnstonun filmə rejissorluq edəcəyi rəsmi olaraq bu həftə təsdiqlənəcək. Öncədən bildirildiyi kimi baş rolları ifa edəcəkləri gözlənilir Bencinio del Toro, Antony Hopkins və Emily Blunt. Çəkilişlərə yaxın gələcəkdə start götürüləcək.
Ülkər Şahinqızı |