| |
Geri |
|
| |
|
Test kitabçaları saxtalaşdırılıb
10.10.2008 19:23:33
Cinayətkarların kimliyi bəllidir, amma TQDK onları məhkəməyə verməkdə çətinlik çəkir
|
|
| |
Abituriyentlərin ali məktəblərə hazırlaşmasına kömək məqsədilə dərc olunmuş test tapşırıqlarının bir qismi saxtalaşdırılıb. Test kitabçalarının saxta nümunələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əvvəlki illərdə çap etdiyi kitabçalardan hazırlanır və yalnız üz qabığı komissiyanın rəsmi şəkildə çap etdirdiyi toplulara uyğun dəyişdirilir.
TQDK sədri bildirib ki, test oğruları hətta kitabçaların üzərindəki holoqramları da saxtalaşdırmağa müvəffəq olub: “Həmin kitabçalardakı test nümunələri köhnə proqramlar əsasında hazırlanıb və bu proqramlarda abituriyentlər mövzunu dərindən mənimsəməyə deyil, əzbərçiliyə öyrədilir. Bu, çox pis metoddur və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə mənfi təsir göstərir”.
TQDK sədri hesab edir ki, ötən il ali məktəblərə hazırlaşan abituriyentlərin çoxu məhz bu vəsaitlərdən istifadə edib. Çünki saxta metodik vəsaitlər TQDK-nın çap etdiyi kitablarla müqayisədə daha çox tirajla satılıb.
TQDK sədri həmin kitabçaların saxta nümunələrini nümayiş etdirərək bildirib ki, hələlik bu kitabçaların ədəbiyyat və Azərbaycan dili fənlərini əhatə etdiyi müəyyənləşib. Kitabçada onun harada və kim tərəfyindən hazırlandığı göstərilsə də, Məleykə Abbaszadə saxta test tapşırıqlarını hazırlayıb abituriyentlərə satan müəllifin kimliyini açıqlamayıb. Bununla belə, həmin kitabların üzərindəki yazılardan müəllifin adı 1978-ci il təvəllüdlü Şamil Sadıqov kimi qeyd olunub.
Saxta vəsaitləri hazırlayanlar kitabların bazara yol tapmasını asanlaşdırmaq üçün TQDK-nın abreviaturasından da istifadlə ediblər. Belə ki, kitabın üzərində hər bir sözü alt-alta yazılmış “Tələbənin Qabaqcıllığı Dövlətin Keyfiyyətidir” şüarı əks olunub. Bununla belə, Məleykə Abbaszadə saxta kitablar çap edib abituriyentlər arasında yayanları məhkəməyə vermək fikrində olmadıqlarını deyib. Onun sözlərinə görə, ciddi səhvlərlə dolu olan bu vəsaitlərdəki saxtakarlıq açıq-aydın görünsə də, onu hüquqi cəhətdən sübut etmək çox çətindir.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|