| |
Geri |
|
| |
|
Test kitabçaları artıq hazırdır
22.05.2008 14:10:08
Orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarının test kitabçaları artıq hazırdır |
|
| |
Orta məktəblərin buraxılış imtahanı iyunun 6-da mərkəzləşdirilmiş test üsulu ilə keçiriləcək. Amma, bəzi bölgələrdə imtahan qaydaları üçün müəyyən istisnalar var. İmtahan sualları artıq hazırdar. İndi Təhsil Nazirliyi test kitabçalarının çapı və yığımı ilə məşğuldur. Test kitabçaları tam məxfi şəkildə Təhsil Nazirliyinin xüsusi əməkdaşları tərəfindən yığılır. 52 min şagird üçün nəzərdə tutulan imtahan sulları müxtəlif variantlarda tərtib edilib. Suallar çətin, orta, və asan suallar prinsipi gözlənməklə hazırlanıb. Mərkəzləşdirilmiş test üsulu ilə imtahan verən 11-cilər 8 fənndən 125 sualı cavablandırmalıdırlar. İmtahan suallarının məxfiliyini qorumaq üçün xüsusi qablar da hazırlanıb. Möhürlü konvertlərə qoyulduqdan sonra bu qablara yığılan test kitabçaları imtahan günü səhər yerlərə çatdırılacaq. Bölgələrdə imtahanda cavab kartları olacaq. Kartların hər birində şagirdlərin adı, soyadı, oxuduğu məktəbin nömrəsi, test kitabının variantı çap şəklində əvvəlcədən yazılacaq. Şagirdlərin yeganə işi sualların cavabına uyğun olan dairələri qaralamqdır. Amma digər bölgələrdəki imtahanlarda cavab kartı olmayacaq. İmtahandan kəsilən şagirdlər gələn ilki buraxılış imtahanını gözləməli olacaq. Üzürlü səbəbdən iştirak edə bilməyənlərin isə iyunun sonunda yenidən imtahan vermək şansı olacaq. Mərkəzləşdirilmiş qaydada imtahan verən şagirdələrin attestat qiymətlərinə gəlincə, burda onların noyabr, fevral və aprel aylarında keçirilən sınaq imtahanlarından aldıqları qiymət, 10 və 11 ci sinifdə çıxarılan illik qiymət və buraxılış imtahanının qiyməti yazılacaq. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|