Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Tələbə qəbulunun yeni qaydaları

22.02.2008 00:10:29

Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib
  Bu ildən abituriyentlər ali və orta ixtisas məktəblərinə elektron yolla ərizə verə biləcəklər.
Bu ilki tələbə qəbulunun yeni qaydaları təsdiqlənib. Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, yeni qaydalar «Abituriyet» jurnalının bu ilki ilk sayında dərc edilib. Jurnalda qəbul proqramı və testlər də var. Məleykə Abbaszadənin sözlərinə görə, yeni qəbul qaydalarındakı ümumi müddəalar (tələb olunan sənədlər, imtahanların keçiriləcəyi qruplar) dəyişdirilməyib. Bu ilki qaydalara orta ixtisas məktəblərinə qəbul da əlavə edilib. Ali məktəblərə yox, orta ixtisas məktəblərinə qəbul olunmaq istəyən orta məktəb məzunları da qəbul imtahanlarında iştirak etməlidirlər. Ali məktəblərlə müqayisədə orta ixtisas məktəbləri üçün ballarla bağlı tələblər daha yüngüldür.
Məleykə Abbaszadə məlumat verib ki, yeni qaydalarda ərizə qəbulu ilə bağlı dəyişikliklər var: «Əvvəllər ərizə qəbulu optik formalar (kağız ərizələr) əsasında aparılırdı. Bu ərizələri doldurmaq üçün sənəd qəbulu komissiyalarına getmək lazım idi. Abituriyent ərizəni doldurarkən səhv edə və ya kodlaşdırmada çətinlik çəkə bilərdi. Ali məktəblərə qəbul olunan şəxslər bu prosesə 1-2 gün vaxt sərf edirdi». TQDK sədrinin sözlərinə görə, qəbul prosesində yeni texnologiyalar tətbiq edilir və məqsəd insanların kütləvi proseslərdə iştirakını daha rahat təşkil etməkdən ibarətdir: «Bu ildən biz abituriyentlərdə elektron ərizələri qəbul edəcəyik. Abituriyentlərin şəxsiyyət vəsiqəsi əldə etməsi çox vacibdir. Elə gənclər var ki, 18 yaşı tamam olsa da, şəxsiyyət vəsiqəsi almayıb. Amma bu işi sonuncu günə saxlamaq olmaz. Biz sənəd qəbulunu elan etdikdən sonra şəxsiyyət vəsiqəsi olan hər bir şəxs internet vasitəsilə elektron ərizəni doldurmaq imkanı qazanacaq». TQDK internetlə təminatda çətinlik çəkənlər üçün də çıxış yolu tapıb: «Bütün ali və orta ixtisas məktəblərinə müvafiq göstəriş veriləcək ki, abituriyentlərin oradan internet vasitəsilə sənəd verməsinə imkan yaradılsın. Abituriyentlər eyni zamanda, poçt qovşaqlarındakı internet bağlantılarından da istifadə edə biləcəklər».
Elektron yolla ali və ya orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər yalnız ixtisas qrupunu seçir və ixtisas seçiminə ehtiyac qalmır. Qeyd edək ki, hazırda ölkədə ixtisasların reyestri hazırlanır və bu ildən ali məktəblərdə ixtisasların sayı azaldılacaq. Elektron ərizəni doldurmuş abituriyentlər müvafiq sənədlərlə (ilk dəfə sənəd verənlər şəxsiyyət vəsiqəsi, təkrar sənəd verənlər isə şəxsiyyət vəsiqəsi və orta məktəb attestatı ilə) yaradılacaq müvafiq mərkəzlərə müraciət edərək, elektron ərizəsini təsdiqləməli olacaq. Proses başa çatdıqdan sonra isə imtahan cədvəli elan olunacaq. Məleykə Abbaszadənin sözlərinə görə, bu ilki imtahan cədvəlləri daha tez elan ediləcək və abituriyentlər artıq may ayında onlarla tanış ola biləcəklər. Birinci imtahan daha çox ərizə verilmiş qrup üzrə keçiriləcək. Qruplar üzrə imtahanlar keçirildikdən sonra digər qrupun imtahanı gözlənilmədən nəticələr açıqlanacaq. Bundan sonra abituriyentlərə ixtisas seçmək üçün vaxt veriləcək. Onlar elektron ərizədə qeyd etdikləri qrup üzrə istədikləri ixtisası seçə biləcəklər.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Magistraturaya qəbul imtahanı iyunun son ongünlüyündə keçiriləcək
 » Məzun günü təşkml ediləcək
 » Test kitabçaları artıq hazırdır
 » «Qafqazda ali jurnalistika təhsili layihəsi»
 » Azərbaycanda 6500 əcnəbi tələbə təhsil alır
 » Rüşvətxor universitetlərin adları açıqlandı
 » Məktəblərdə ciddi qanun pozuntuları yoxdur
 » Axundov adına kitabxana kitabların elektronlaşdırılmasına başlayıb
 » 2 Aprel Beynəlxalq uşaq kitabı günüdür
 » Müəllimələrə şalvar geyinməyə qoymurlar?
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Təhsil hamı üçün vacibdir!
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Təhsili inkişaf etdirmək üçün
 
Yeni m?kt?b binaları tikm?k
Maddi texniki bazanı yaxşılaşdırmaq
Mü?llim hey?tini yenid?n seçm?k
T?hsil nazirini d?yişm?k
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.