Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Təhsil sistemi təkmilləşdiriləcək

07.02.2008 16:39:49

Azərbaycan 2012-ci ilə qədər təhsil sistemini təkmilləşdirmək niyyətindədir
  Azərbaycan 2012-ci ilə qədər təhsil sistemini təkmilləşdirmək niyyətindədir.
Ötən həftə ölkə prezidenti Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
«Bizim gələcəyə yönələn təşəbbüsümüz əsasən təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Biz Azərbaycanın 50 ildən sonra necə yaşayacağını, insanların intellektual səviyyəsinin necə olacağını bilmək üçün 10, 20, 50 il irəliyə baxmalıyıq» - deyə bu həftə Bakıda prezident İlham Əliyev bildirib.
Təhsil Nazirliyinə tabeçiliyində ali təhsil müəssisələri olan digər strukturlarla birlikdə «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı» layihəsinin 2008-ci il martın 30-na qədər hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsinə dair tapşırıq verilib.
Ali təhsil sistemində islahatlar üzrə dövlət proqramının hazırlanması üçün İşçi qrupun yaradılması artıq elan olunub. Sabah təhsil naziri Misir Mərdanov başda olmaqla İşçi qrupun ilk görüşü keçiriləcək.
Nazirlik bundan sonra semestrin yekunu üzrə imtahanları, texnikum və ali məktəblərdə isə buraxılış imtahanları keçirmək niyyətində olduğunu açıqlayıb. Göstərilən tədbirlər bu təhsil müəssisələrində biliyin qiymətləndirilməsi sistemində problemlərin olması ilə əlaqədardır.
Sərəncama müvafiq olaraq Xarici İşlər Nazirliyi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə məsul edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Təhsil Nazirliyi hesab edir ki, Azərbaycanın təhsil sistemi Avropa ali təhsilinin vahid sisteminə qoşulmağa və Boloniya sisteminə keçməyə hazırdır.
Milli Məclisin elm və təhsil məsələləri daimim komissiyasının sədri Şahlar Əskərov bildirib ki, Azərbaycanın təhsil sistemində Boloniya prosesi kimi iri miqyaslı layihə olmayıb.
«Təhsil sahəsində Boloniya prosesinə keçid və müvafiq YUNESKO tərəfindən qəbul olunan sənədlərə əsasən bakalavr səviyyəsinin təmin olunması – bu inqilabdır» - deyə Əskərov bildirib.
Onun rəyinə görə, əsas Azərbaycan təhsil sistğeminin bu islahatlara tab gətirməsidir.

YUNESKO standartlarına görə, hər bir ölkədə ali məktəblərə qəbul 150-dən çox ixtisas üzrə aparılmamalıdır. Azərbaycanda bakalavr dərəcəsində qəbul 500-dən yuxarı ixtisas üzrə aparılıb. Yeni ildən Azərbaycanda bakalavr dərəcəsində ixtisasların sayı 147-ə qədər azaldılıb.

Trend
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Magistraturaya qəbul imtahanı iyunun son ongünlüyündə keçiriləcək
 » Məzun günü təşkml ediləcək
 » Test kitabçaları artıq hazırdır
 » «Qafqazda ali jurnalistika təhsili layihəsi»
 » Azərbaycanda 6500 əcnəbi tələbə təhsil alır
 » Rüşvətxor universitetlərin adları açıqlandı
 » Məktəblərdə ciddi qanun pozuntuları yoxdur
 » Axundov adına kitabxana kitabların elektronlaşdırılmasına başlayıb
 » 2 Aprel Beynəlxalq uşaq kitabı günüdür
 » Müəllimələrə şalvar geyinməyə qoymurlar?
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Təhsil hamı üçün vacibdir!
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Təhsili inkişaf etdirmək üçün
 
Yeni m?kt?b binaları tikm?k
Maddi texniki bazanı yaxşılaşdırmaq
Mü?llim hey?tini yenid?n seçm?k
T?hsil nazirini d?yişm?k
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.