| |
Geri |
|
| |
|
«Təhsil prioritet istiqamətlərdən biridir»
06.10.2008 17:45:10
Azərbaycan prezidenti İlham Əliyev İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib
|
|
| |
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib.
Prezident İlham Əliyev Bakı konfransının əhəmiyyətindən danışaraq deyib ki, bu tədbir islam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir. Təhsil sahəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təhsil ikinci yerdədir və Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət daha da artırılır. Dövlətimizin başçısı vurğulayıb ki, torpaqlarımızın bir hissəsi uzun müddətdir erməni işğalı altındadır, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Bu, ölkənin inkişafına mənfi təsir göstərsə də, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də müasir tipli məktəblər fəaliyyət göstərir. Prezident İlham Əliyev ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsinə xüsusi diqqət yetirildiyini bildirərək deyib ki, bir neçə il əvvəl min nəfər şagirdə bir kompyuter düşürdüsə, indi 29 məktəbliyə bir kompyuter düşür. Azərbaycanlı gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirilir. Bir sözlə, Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq bildirib ki, islam ölkələri və xüsusilə İSESKO Azərbaycanın sürətli inkişafından xəbərdardır və bundan çox məmnundur. Azərbaycanın təhsilində də böyük inkişaf olduğunu deyən baş direktor dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulayıb. Görüşün sonunda Prezident İlham Əliyev konfrans nümayəndələri ilə xatirə şəkli çəkdirib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|