| |
Geri |
|
| |
 |
Tarkan may ayında Bakıya gələcək
11.02.2008 15:51:32
Tarkanın bu ilin mayında Azərbaycan paytaxtında verəcəyi iki günlük konsert “Vay, anam, vay” adlanacaq
|
|
| |
Türkiyənin meqa-starı Tarkanın mayın 9-10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konserti “Vay, anam, vay” adı altında gerçəkləşəcək. Konsertin reklamına isə gələn həftədən start veriləcək. Konsertin təşkilatçısı “SES Organization”un rəhbəri Nahid Emiloğlu deyib ki, artıq reklam çarxları və afişalar üzərində işlərin başa çatdırılıb. Tarkan bakılı pərəstişkarları qarşısına ötən ilin sonlarında işıq üzü görən “Metamorfoz” adlı albomu ilə çıxacaq: “Tarkanın Bakıdakı konsertində sürprizlər gözlənilir. Konsert zamanı Tarkan iki saat səhnədə olacaq. Həmin müddətdə onun bakılı pərəstişkarlar ilə görüşü və imzalanma mərasiminin keçirilməsi də gözlənilir. Bunları isə ancaq iki günlük konsertə qatılacaq tamaşaçılar görəcək. Düşünürəm ki, bu layihəmiz çoxlarını sevindirəcək”. Təşkilatçının sözlərinə görə, iki günlük konsertin biletlərinin qiyməti 50-300 manat arasında olacaq. Mayın 10-da keçiriləcək konsert Heydər Əliyevin doğum gününə həsr ediləcək: “Tarkan Bakıya 60 nəfərlik nümayəndə heyəti ilə gələcək. O özü ilə Türkiyədən xüsusi səhnə, dekorasiya, işıq avadanlıqları və musiqiçilər gətirəcək. Konsertə əlavə bilet satışı olmayacaq. 1932 tamaşaçı üçün nəzərdə tutulan Yaşıl Teatrda elə bu qədər də bilet satışa çıxarılacaq. 20.00-da başlanacaq konsert Azərbaycan sənətçilərindən birinin ifası ilə başlanılacaq”. Təşkilatçı həmin sənətçinin o qədər də populyar olmadığını qeyd edib. Layihəyə qoşulmaq arzusunda olan şirkətlər (050) 597-99-11 (Gülşən xanım) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Konsertlə bağlı fikir və düşüncələrini, eləcə də istəklərini bildirmək istəyənlər ses@info.az, birbaşa təşkilatçı Nahid Emiloğlu ilə əlaqə saxlamaq istəyənlər isə nahid@ses.az ünvanına məktub göndərə bilərlər. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|