| |
Ölkəmizdə telekanalların tam rəqəmsal yayıma keçməsinə bu ildən başlanacaq. «Teleradio» İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib ki, proses 2015-ci ilə qədər davam edəcək. Bakı, Gəncə və Naxçıvanda üç mərhələdə həyata keçiriləcək rəqəmsal sistem nəticəsində əhalinin 98 faizi bu yayımın imkanlarından istifadə edə biləcək.
|