| |
Bakı. Hacı Zeynalov-APA. Martın 6-da çanaq-bel sümüyündən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır. Bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, xalq artistini əməliyyat etmiş Elxan Hacıyev məlumat verib. Baş həkim deyib ki, əməliyyat uğurlu keçib. O, hazırda xalq artistinin müalicəsinin davam etdirildiyini bildirib. Qeyd edək ki, 85 yaşlı T. İsmayılova xalq artisti İlhamə Quliyevanın anasıdır.
|