| |
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun bildirdiyinə görə, dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi və konfrans iştirakçılarının hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 2-si və 3-də “Azneft” dairəsi, “Park İNN”, “Hyatt Regency”, “Hyatt Park” mehmanxanaları, İnşaatçılar, H. Cavid, “Neftçilər” və Parlament prospektləri, Teleteatr, Gülüstan sarayı, Niyazi, R. Behbudov və İstiqlaliyyət küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
V. Əsədov sürücüləri adıçəkilən ərazilərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edərək, alternativ yollara üstünlük verməyə çağırıb.
|