| |
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, hazırda Fondun büdcəsi 1,800 mlrd. manat həcmindədir və bir sıra istiqamətlər üzrə büdcəsində yeniliklər ola bilər.
Komissiya sədri uşaq dünyaya gələrkən birdəfəlik müavinətlərin, sanatoriya - kurort məqsədləri üçün vəsaitlərin artırılmasının nəzərdə tutulduğunu da bildirib və əlavə edib ki, analara verilən birdəfəlik müavinətin məbləğinin 200 manat həcmində olmasını təklif edəcək.
Bundan başqa, H. Rəcəbli əlavə edib ki, ölkə başçısının tapşırığına əsasən, pensiyaların baza hissəsinin artırılması üçün 440 mln. manata yaxın vəsait dövlət büdcəsindən DSMF-nın büdcəsinə transfer olunub.
Onu da qeyd edək ki, hazırda Sosial Siyasət Daimi Komissiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə olunur. H.Rəcəblinin sözlərinə görə, qanun layihəsinin ciddi müzakirələrə səbəb olacağı gözlənilir. Çünki, bu qanun layihəsində süni mayalanma ilə bağlı bənd də daxil edilib. |