| |
"Mercedes"in yeni hazırladığı SCL600 modelində nə sükan, nə qaz pedalı, nə də əyləc pedalı yoxdur. Bu zaman sual edə bilərik: “Bəs bu avtomobil necə idarə olunur?” Bu suala cavabı isə avtomobilin içinə quraşdırılmış bir joystickdə axtarmaq lazımdır. Əyləc, qaz pedalı və sükanın funksiyaları məhz bu joystickdə toplanmışdır.
Gələcəyin avtomobili dedikdə həmişə gözümüzün önündə, indiki avtomobil modellərinə bənzəməyən, uça bilən avtomobillər canlanır. Artıq məlum oldu ki gələcəyin avtomobillərin təkcə xarici deyil həm də daxili dəyişdiriləcəkdir. Odur ki indidən bir joystick alıb, əlimizi onu istifadə etməyə alışdırmaq lazımdır.

|