Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  “Somali quldurları ilə göyərtədə üz-üzə gəldik”

21.11.2008 17:31:55

Somali quldurlarının əlindən qurtulmuş azərbaycanlı dənizçi Fəyyaz Rüstəmovun dedikləri:

  ...Onunla Somali quldurlarının hələ “qan-qan” demədiyi vaxtlar da danışmaq olardı - çox maraqlı peşənin sahibi, eyni zamanda, maraqlı insandır. Ancaq dünya KİV-inin gözü Somali quldurlarında olduğu vaxt onların hücumuna məruz qalmış azərbaycanlıyla müsahibə daha maraqlı alındı.

Rüstəmov Fəyyaz Kazım oğlu 1959-cü ildə Beyləqan rayonunda anadan olub. Hərbi xidmətini 1976-79-cü illərdə Şimal Donanmasında çəkib. Bu da onun dənizçi olmasına səbəb olub. 1979-cu ildə Xəzər Dəniz Yolları İdarəsində çalışmağa başlayıb. İşlədiyi vaxt həm də Odessa Dəniz Mühəndisləri İnstitunun Bakı filialını bitirib. Daha sonra isə Odessa Ali Mühəndislər Məktəbini bitirib. 1999-cu ildən isə dünyanın müxtəlif ölkələrinin (Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s.) gəmiçilik şirkətlərində çalışıb. O, müxtəlif vaxtlarda dəniz kapitanı, uzun müdət isə baş mühəndis kimi işləyib. Hazırda Səudiyyə Ərəbistanına məxsus şirkətlərdən birinə məxsus gəmidə baş mühəndisdir. İngilis və rumın dillərini bilir.

Beləliklə, gəmi kapitanlarının yuxusuna haram qatmış dünyaca məşhur Somali quldurlarının əlindən sağ çıxmış azərbaycanlı Lent.az-danışır...

Ümumiyyətlə, dəniz quldurları barədə nə deyə bilərsiz?

- Dəniz quldurluğunun – piratlığın kökündə qazanc, mənfəət əldə etmək durur. Yəni bir növ quldurluğun suda həyata keçirilən formasıdır. Lakin əvvəllər gəmilərə indiki qədər hücum etmirdilər.

- Siz Somali quldurları ilə rastlaşmısınızmı?

- Bəli, onlar bizim gəmiyə hücum ediblər.

- Bu hadisə nə vaxt baş verib? Mümkünsə, bir qədər ətraflı danışın.

- 1999-cu ilin avqust, ya sentyabr ayı olardı. Həmin vaxt Türkiyə gəmisində işləyirdim. Rumınıyadan Hindistana - Kəlküttəyə ağac aparırdıq. Çox da böyük gəmi deyildi. Hava küləkli olduğundan yarıyoldan geri qayıtmalı, az sonra isə dayanmalı olduq. Dənizçilikdə belə bir qayda var, lövbər atmaq istəyirsənsə, “Bələdçi kitabı”na baxaraq həmin yerdə lövbər atmağın mümkün olub-olmadığını dəqiqləşdirməlisən. Bu, təkcə quldurlara görə deyil, ümumi qaydadır. Biz bilirdik ki, bura Somali sahilləridir. Durbinlə baxanda yalnız səhra gördük, heç bir ins-cins gözə dəymirdi. Narahatlıq yaradan bir şey görməyincə lövbəri atdıq. Bundan yarım saat sonra gördük ki, bortumuza içərisində 3 nəfər olan kiçik bir qayıq yaxınlaşdı. Fikirləşdik ki, balıqçı qayığıdır. Hətta bizim uşaqlar onlara tərəf acıqlanaraq qovdular da. Sonra hərə öz işiylə məşğul olmağa başladı. Kayutdaydım, birdən atəş səsi eşitdim. Düşündüm ki, yəqin kayutun yaxınlığındakı istirahət salonunda kinoya baxırlar, kinoda gələn səsdir. Birdən köməkçim kayuta girib, gəmiyə hücum olduğunu bildirdi. Çıxanda gördüm, gəmini təxminən 20-25 kiçik qayıq mühasirəyə alıb. Hər qayıqda 2-3 nəfər vardı. Vəziyyətin ciddi olduğunu bildim. Bizdə yalnız siqnal raketlərini atmaq üçün tapançalar var idi ki, o da silah sayılmırdı. Ancaq Somali quldurları müxtəlif odlu silahlarla silahlanmışdı. Gəminin kapitanı mənə zəng vuraraq dedi ki, mühərriki yandırmaq lazımdır, çünki bizə hücum ediblər. Bir də gördüm ki, gəminin burun tərəfindən 2-3 nəfər dırmaşıb. Göyərtədə üz-üzə gəldik. Lakin bizə yaxınlaşmağa cürət etmirdilər. Axı onlar bizdə silah olub-olmadığını bilmirdilər. Aşağı zəng vurdum ki, mühərriki işə salın. Onu da deyim ki, lövbəri yığmaq üçün istifadə etdiyimiz hidravlik motor köhnə olduğundan onu işə salarkən gəminin burun tərəfi güclü şəkildə titrəyirdi, silkələnirdi. Gəmidə quldurlar olduğundan lövbəri yığmağa gedə bilməzdik. Fikrimiz var idi ki, lövbər qala-qala gəmiyə sürət verək, bəlkə sürət hesabına gəmi lövbəri sürüyər, yaxud zənciri qırar. Yəni düşünürdük ki, ən azından gəmini yerindən tərpətməklə quldurları dağıda, gəmidən kənarlaşdıra bilərdik. Motoru işə salandan 2 dəqiqə sonra zəng gəldi. Məndən soruşdular sən neylədin ki, bunlar özlərini suya atdılar. Onlar yarımvəhşi insanlar idi. Səhrada yaşadıqlarından texnologiyadan da başları çıxmırdı. Sonradan aydınlaşdırdıq ki, gəminin burnunun titrəməsindən qorxaraq suya tullanıblar. Onların düşdüyünü görüb lövbəri yığmağa başladıq. 80-100 metr uzunluğunda zənciri yığınca lövbərin üzərində dairə vurduq. Gəmi dairə vurduqca təbii ki, ətrafda olan Somali quldurlarının qayıqlarını dağıtdı. Bununla da quldurlardan xilas olduq. Oradan Yəmənin Ədən körfəzinə gəldik.

- Somali quldurları arxanızca düşmədi ki?

- Yox, heç düşə də bilməzdilər. Çünki biz böyük gəmidə olduğumuz halda, onlar avarlı qayıqda idilər. İndi televizorda görürəm ki, onlar motorlu qayıqlardan istifadə edirlər.

- Somali quldurlarının sizə atəş açdığını da dediniz...

- Sonradan bunun da səbəbini bildim. Sən demə, onlar matroslardan birinin əlində qaynaq aparatını görüb. Bunu müasir silah zənn etdiklərinə görə atəş açmışdılar. Ancaq heç kim yaralanmamışdı.

- Həmin vaxt başqa quldurlarla rastlaşmadınız ki?

- Biz okeanı keçib Qanq çayına girdik. Orada yerli bələdçiyə hadisəni danışandan sonra o məsləhət gördü ki, gəminin arxa tərəfində adamlar qoyun. Çünki gəmi gedə-gedə onun arxa tərəfinə çıxıb nələrisə oğurlayırlar. Yəni insanlar hətta o dərəcədə riskə gedib oğurluq edirlər. Sonra doğrudan da gördük ki, arxamızca yerli hindlilər gəlir. Onlar yancaq, yaxud buna bənzər başqa şey istəyirdi. Düzdür, bu da faktiki olaraq quldurluqdur, amma onlar silahlı hücum etmirdilər.

- Quldurların sizə hücum etməsi barədə şirkətə məlumat verdinizmi?

- Yox, heç buna imkan olmadı. Çünki yaxınlaşdığımız limanda gəmi satıldı və biz Bakıya qayıtdıq. Gəminin satılmasına səbəb şirkətin maliyyə vəziyyətilə əlaqədar idi. Pulumuzu alıb, vətənə döndük.

- Bəs pulunuzu verməsəydilər necə olacaqdı? Yad bir ölkədə pulsuz qalmaq yəqin çətin olar. Ümumiyyətlə, belə hallarda dənizçilər nə edir?

- Bundan çıxış üçün müəyyən yollar var. Həmçinin Beynəlxalq Dəniz Nəqliyyatı Federasiyası da mövcuddur ki, onlar da hüququmuzu qoruyur, dənizçilərə kömək edir. Əgər şikayətin varsa, dünyanın hansı limanında olursan-ol, oradan da yazırsan və köməklik edirlər. Onların öz gəmiləri, böyük limanlarda isə nümayəndəlikləri var. Bu təşkilat Hollandiyada 140 il bundan əvvəl yaranıb. Təşkilatı dənizçilərlə həmrəylik göstərmək üçün Hollandiyanın Rotterdam şəhərindəki liman işçiləri yaradıb. Hazırda baş ofisi London şəhərində yerləşir. Məsələn, belə bir qayda var: şirkət rəhbərliyi dənizçilərin pulunu vermirsə, liman işçiləri yük boşaltma işini dayandırırlar. Ta o vaxta qədər ki, dənizçinin hüququ bərpa olsun, yəni pulu verilsin.

- Beynəlxalq Dəniz Nəqliyyatı Federasiyası dənizçilərə daha hansı cür köməklik edir?

- Bu, ictimai bir təşkilat da olsa, kifayət qədər nüfuzludur. Onların liman rəhbərliyilə danışıb gəmini həbs etməyə qədər hüququ var. Ümumiyyətlə belə bir qayda var ki, əgər gəmidə kiçik bir problem varsa, liman rəhbərliyi həmin gəmiyə çıxış vermir. Onlar hətta gəmini yoxlayırlar, yatacaq yerlərinə, yanğınsöndürmə sisteminə baxırlar. Əgər hansısa problem varsa gəmini sahildən aralanmasına icazə vermirlər. Maaş almamaq isə heyətin ən böyük problemlərindən biridir. Həmin beynəlxalq təşkilat daha çox başqa ölkənin bayrağını daşıyanlara qarşı mübarizə aparır.

- Ümumiyyətlə gəmilərdə başqa ölkə bayrağının asılmasının səbəbi nədir?

- Yalnız iqtisadi maraqlar var. Mən iqtisadçı deyiləm. Amma mən bilən, vergilərdən, yaxud bu cür başqa xərclərdən yayınmaq üçün başqa ölkənin bayrağından istifadə olunur. Bundan başqa, gəmidə hansı ölkənin bayrağı asılırsa, orada həmin ölkənin qanunları işləyir.

- Bir qədər də özünüz barədə danışaq. Dənizçilik özünü ailədə necə göstərir?

- Hər halda, bunun da öz çətinlikləri var, qadının üzərinə daha çox yük düşür. Uşağı tərbiyə etməkdən tutmuş, evdəki adi bir texniki problemə qədər hamısını qadın həll edir. Ona görə də deyirlər ki, dənizçilərin həyat yoldaşları mətindir, cəfakeşdir. Onlar həm öz işini, həm də ailə başçısının işini görür.

- Ən uzun səfəriniz nə qədər çəkib?

- 9 ay.

- Bəs sahili görmədən gəmidə ən çox nə qədər üzmüsüz?

- Sahili görmədən 20-24 gün, sahilə ayaq basmadan isə 4 ay gəmidə qaldığım olub.

- Dənizdə qorxduğunuz vaxtlar olubmu?

- Gəmidə dalğa yükü əyəndə təhlükə olub. Onda yük hər an qırıla, bununla da gəmii əyilə bilər. Gəminin deşilən vaxtı da olub. Bunlar hamısı ciddi hallardır. Əgər güclü dalğa varsa, hər şey ola bilər. Somali quldurları ilə rastlaşdığımız səfər zamanı yolda tanıdığımız bir gəmidən məsləhət almışdıq. O gəmi bizi keçib getmişdi. Az sonra xəbər tutduq ki, o gəmi batıb. Düzdür, heyəti xilas etmişdilər, amma gəmi batmışdı. Biz də həmin ərazidəydik, buna görə də müəyyən qədər qorxmuşduq...

- Təcrübəniz boyu SOS siqnalından istifadə etmisiniz?

- Hə, bir dəfə olub. Radar xarab olduğundan sahilə çıxdığımızı bilməmişdik. Gəminin torpağa oturduğunu görən heyət üzvlərindən biri SOS siqnalı vermişdi. Ancaq əslində gəmi sahildə olduğundan buna ehtiyac da yox idi. Buna baxmayaraq, köməyimizə gəldilər.

- Dənizdə yaşayan canlılardan necə, təhlükə görmüsünüzmü?

- Akulalar, böyük balinalar görmüşük. Lakin onlar indiki böyük gəmilər üçün təhlükəli deyil. Məsələn, Şri-Lanka sahillərində vəhşi, adamyeyən akulaları çox görmüşük. Onlar hətta gəminin yanı ilə xeyli üzürlər də. Təsadüfən dənizə düşsən, Allah göstərməsin... Gəmidə isə, dediyim kimi, heç bir təhlükə yoxdur.

Ancaq bir dəfə akulalar bizə problem yaradacaqmış, heç xəbərimiz də olmayacaqdı. Ədən körfəzində lövbərdəydik. Saat 3-4 radələrində gəminin bütün heyətinə çimməyə icazə verildi. Baxmayaraq ki, orada çimmək olmazdı. Bizi görən olmadığına görə, 2 gün çimdik. Bir də gördük, sahildən bir qayıq gəlir, adamlar hay-küy salmışdılar ki, nə edirsiz, buralarda adamyeyən akulalar doludur. Hələ 2 gün çimdiyimzi biləndə dedilər ki, bəxtiniz gətirib, buralarda vəhşi akulanın əlindən çıxmaq olmur. Həmin vaxt gəmi heyətinin 80 faizi suda idi. Təsəvvür edin, bu qədər adam sudan bir anda gəmiyə tərəf necə qaçdı...

- Deyirlər, dənizə çıxanda bir mövhumatçılıq yaranır...

- Hə, bu sözdə müəyyən qədər həqiqət var. Məsələn, gəmidə fit çalmaq ədəbsizlik və uğursuzluq gətirən hal sayılır. Mən gənc olanda bir bosman məni fit çaldığıma görə bərk cəzalandırıb. Ancaq indi özüm gəmidə fit eşidəndə əsəbləşirəm. Çünki beynimə hopub ki, bu, gəmiyə fəlakət, bədbəxtçilik gətirər. Dənizə qəpik, yaxud qənd atmaq da olmaz - külək gətirir.

- Başqa hansı əlamətlər var?

- Məsələn, bir dənizçi gəmidən çıxıb məzuniyyətə gedirsə, onun çantasına ağır, köhnə bir şey – metal qırığı, süpürgə, xəkəndaz və s. – qoyursan. O evdə çantasını açanda həyat yoldaşı təəccüblənir, soruşur ki, bu nədi?

- Dənizdə, Allah eləməsin, ölüm halı olanda meyiti sahilə gətirirlər?

- Əgər həmin vaxt gəmi sahildən çox aralıdırsa, meyit soyuducu kameralara qoyulub saxlanır. Bir dəfə bizim başımıza belə bir hadisə gəlib, azərbaycanlı dənizçi rəhmətə getmişdi. Maraqli bir fakt deyim ki, meyit olan gəminin bayrağı yarıya qədər aşağı salınır.

- Filmlərdə gəminin içində gizlənib bir ölkədən digərinə gedənlər olur. Real həyatda bu mümkündürmü, nə qədər tez-tez rast gəlinir?

- Bu cür hallar olur, bizim də başımıza gəlib. Belə bir hadisə Türkiyə gəmisində işləyəndə olmuşdu. Əlcəzairdə bir nəfər gizlicə gəmiyə minmişdi, sahildən yenicə aralananda üstü açılmışdı. Dərhal geriyə qayıdıb, onu sahildə düşürdük. Ancaq gəmilər yola düşməzdən əvvəl yoxlanılır, gizlənmiş adam olanda tapılır. O da var ki, böyük gəmiilərdə hər yerə baxmaq olmur.

- Müxtəlif yerlərdə olmusuz. Daha çox hansı ölkə xoşunuza gəlib?

- İspaniya. Bəlkə də ona görə ki, bu ölkə əhalisinin bizimkilərə bənzərliyi var. Ancaq bütün yaxşılıqları və pisliklərilə öz ölkəmiz yaxşıdır. Mən Vətənə gələndə... hiss etdiklərimi sözlə ifadə etmək mümkün deyil. Bircə onu deyirəm ki, təyyarə yerə ensin və mən şəhəri gəzim. Hər dəfə məzuniyyətə gələndə 2 gündən sonra şəhəri gəzməyə çıxıram. Bakının Nizami küçəsini, İstiqlaliyyət küçəsini, Filarmoniyanın yaxınlığını və s. yerləri bütün gün ərzində gəzirəm.

- Dənizdə olanda Azərbaycandan hansı vasitələrlə xəbər tutursunuz?

- Gəmidə internet və telefon olur. Saytlara girib xəbərləri izləyirik. Son aylarda, üzünüzə demək olmasın, yalnız Lent.az-dan istifadə edirəm. Onu da deyim ki, saytlarda elə xəbərlərə rast gəlirdim ki, maraq göstərdiyim sahə deyil, Azərbaycanda olsam, oxumaram. Ancaq dənizdə olanda hamısını bir-bir oxuyuram...

lent.az

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Nardaranda kafir bayraqları yandırılıb
 » İlhamənin məhkəməsi davam edir
 » Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü
 » Ermənilər atəşkəsi yenidən pozublar
 » Aşura xəbərdarlığı
 » İlin ilk uşağı oğlandır
 » 3 yeni metro stansiyası tikiləcək
 » “Qış festivalı” qumarı dayandırılıb
 » Yəhudilər İsrail bayrağını yandırıb...
 » "Ölülərin pulu"nu yeyirmiş
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    Ölülər də rusca, dirilərlər də rusca...
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.