| |
Bahalaşma əsasən xaricdən gətirilən siqaretlərdə qeydə alınıb. Azərbaycanda son 1 ayda siqaretlərin qiyməti 20 % bahalaşıb. Siqaret satıcıları bildirib ki, bahalaşma əsasən xaricdən gətirilən siqaretlərdə qeydə alınıb. Ancaq yerli siqaretlərin qiymətləri dəyişməyib. Ölkənin əsas siqaret istehsalçıları deyir ki, son 1 ayda qiymətlərdə heç bir dəyişiklik olmayıb. Yaxın vaxtlarda da yerli siqaretlərin bahalaşması gözlənilmir. Azərbaycana xaricdən tütün məmulatları gətirənlər isə bildirib ki, xarici ölkələrdə istehsal xərcləri artdığı üçün şirkətlər məhsulların qiymətlərini qaldırıb. Avronun bahalaşması da qiymətlərə təsir edib. Avropa ölkələrindən siqaret gətirənlər qiymətləri manata çevirdikdə qiymətlər artır. Kənd təsərrüfatı nazirliyində isə deyirlər ki, bazarda yerli istehsal məhsullarının azalması da qiymətlərə təsir edə bilər. Nazirlikdən verilən məlumata görə, ötən il 3, 5 milyon ədəd siqaret buraxılıb. İstehsal azaldığına görə, tütün məmulatlarının idxalı 80 % artıb. Nazirlikdə bunun tütün istehsalının azalması ilə bağlı olduğunu deyirlər. Qeyd edək ki, əvvələr 60 qəpiyə satılan siqaretlərin qiyməti 70 qəpik, 1 manata satılanlar isə 1 manat 20 qəpik olub.
|