| |
Geri |
|
| |
 |
Siqaret çəkmək qadağan olunacaq
26.11.2008 13:31:08
Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan olunacaq. Bu barədə qanun layihəsi Milli Məclisə təqdim ediləcək
|
|
| |
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə deputat özü bildirib. Q. Paşayeva hazırladığı sənədi yaxın günlərdə parlamentə təqdim edəcəyini deyib. Onun sözlərinə görə, sənəd hazırlanarkən qonşu Türkiyə və digər dünya ölkələrinin təcrübəsi öyrənilib: “Qanun layihəsinə görə əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir”.
Q. Paşayevə bu gün bütün dünyada siqaret çəkilməsinə qarşı böyük kampaniyaların aparıldığını, qanunlar qəbul edildiyini, təbliğat-təşviqat işlərinin görüldüyünü deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda siqaretdən istifadə halları artır: “Təəssüf ki, bu hal bizim qadınlar, məktəblilər arasında da baş verir. Siqaret çəkilməsi isə xərçəng və digər ağır xəstəliklər yaradır”.
Millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsində bu qanunun pozulmasına görə cərimə hallarının tətbiq edilməsi, tütün məhsullarının reklamının tamamilə yığışdırılması və 18 yaşına çatmayanlara siqaret satışının qadağan edilməsinin də öz əksini tapdığını bildirib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|