| |
Geri |
|
| |
 |
Seyidlər "İlhamla irəli" dedi
11.10.2008 17:28:20
Bu gün Qarabağ seyid ocaqlarının nümayəndələri prezidentliyə namizəd İlham Əliyevi dəstəklədikləri barədə qərarlarını elan ediblər.
|
|
| |
APA-nın xəbərinə görə, bu qərarı Ağcabədi rayonunda seyid ocaqlarının bir qrup nümayəndəsi və ziyalılarla birgə mətbuat konfransı keçirən Seyid Camal Əzimbəyli bildirib.
Seyid Camal Əzimbəyli çıxışında deyib ki, bu gün regionda və dünyada baş verən proseslər Azərbaycan xalqının milli birlik, həmrəylik nümayiş etdirməkdən başqa yolu olmadığını göstərir: “Bu cür şəraitdə milli birliyini, həmrəyliyin qorunması, ölkədəki inkişafın təminatı üçün ən doğru addım İlham Əliyevin namizədliyini dəstəkləməkdir. Biz növbəti beşillikdə də onun ölkə rəhbərliyində fəaliyyətini dəstəkləyəcəyik”.
Tədbirdə iştirak edən 100-dən çox din adamı, seyid ocaqlarının nümayəndələri və ziyalılar da İlham Əliyevin namizədliyini dəstəklədiklərini deyiblər.
Qeyd edək ki, Seyid Camal Əzimbəyli bir müddət öncə Müsavat Partiyası sıralarını tərk edib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|