| |
Bu barədə Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib. Azərbaycan hökuməti 2008-ci ildə manatın kəskin bahalaşması və qiymətlərin artmasının qarşısını almaq üçün sərt pul kredit siyasətini davam etdirəcək. Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmovun verdiyi məlumata görə, yenə də əsas vasitə kimi dövlət qiymətli kağızlarından istifadə olunacaq: “Manata təzyiqlər yenə də olacaq. Sizi inandırıram ki, biz və Maliyyə Nazirliyi qiymətli kağızlar bazarını genişləndirməklə təzyiqləri aradan qaldıracağıq. Bu, eyni zamanda dövriyyədə pul kütləsinin artımının qarşısını almaqla bahalaşmanı ləngidir”.
|