| |
Geri |
|
| |
 |
Sergey Lavrov:
09.10.2008 17:06:32
«Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxması təəssüf doğurur, çünki MDB-də hamı udur» |
|
| |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Gürcüstanın MDB üzvlüyündən çıxarılmasına dair texniki qərar qəbul edilib. Gürcüstan 2009-cu ilin avqustundan etibarən Müstəqil Dövlətlər Birliyinin üzvlüyündən çıxacaq. Bu barədə qərar MDB xarici işlər nazirlərinin Bişkekdə keçirilən görüşündə çıxarılıb. Rusiyanın baş xarici siyasət idarəsinin rəbəri Sergey Lavrov bəyan edib ki, «Gürcüstanın Birlikdən çıxmasına dair texniki qərar artıq verilib və bu, rəsmi Tiflisin xahişi əsasında baş verib. Bu proses rəsmən 2009-cu ilin avqustunda başlanacaq, o vaxta qədər isə Tiflis üzərinə götürdüyü öhdəliklərin inventarizasiyasını həyata keçirəcək».
Sergey Lavrov həmçinin bildirib ki, toplantıda sülh və sabitliyin qorunub saxlanılması üçün Abxaxziyada olan hərbçilərin də fəaliyyəti dayandırılacaq.
Gürcüstanın Birlikdən çıxmaq barədə qərarını şərh edən nazir qeyd edib ki, bu, Tiflisin şəxsi qərarıdır, lakin bu, təəssüf doğurur, çünki MDB-də olmaqla hamı udur. «Lakin Gürcüstanın atdığı addımı Birliyin işinə mənfi təsir də göstərə bilməz, çünki son 1-2 ildə bu ölkənin MDB çərçivəsində mövcudluğu onun möhkəmlənməsinə yox, çökməsinə xidmət edirdi». |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|