| |
Dövlət proqramı hazırlamaq üçün işçi qrupu yaradılır. Prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamının icrasına başlanıb. Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədovun sözlərinə görə, sərəncamda qeyd olunduğu kimi Azərbaycanda tabeliyindən asılı olmayaraq, təhsil müəsisələrinin hamısının inkşafı üçün dövlət proqramı hazırlanmalıdır. O bildirib ki, bu gün Təhsil Nazirliyi nəzdində olan ali təhsil müəsisəsilərinə məktublar göndərib. «Məsələn Səhiyyə, Mədəniyyət və Turizm, Kənd Təssərüfatı Nazirliyinə, İdman Nazirliyinə, Daxili İşlər Nazirliyinin tabeliyində olan ali təhsil müəsissələrinə göndərilib. Dövlət proqramı hazırlamaq üçün işçi qrupu yaradılır». İlham Pirməmmədovun sözlərinə görə, bu qrup martın 30-na kimi həmin proqramın layihəsini hazırlayıb, hökümətə təqdim etməlidir. Gələn həftədən bu işçi qrup faliyyətə başlayacaq və proqram layihəsinin hazırlanması ilə əlaqədar müzakirələr keçiriləcək. |