| |
Voislav Koştunitsa istefasına səbəb kimi hakim koalisiyanın parçalanmasını göstərib. Serbiyanın baş naziri Voislav Koştunitsa istefa verib. O, istefasına səbəb kimi hakim koalisiyanın parçalanması üzündən hökumətin fəaliyyət qabiliyyətini itirməsini göstərib və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini də tələb edib. Müşahidəçilərin fikrincə, Koştunitsanın istefasının əsası Kosovonun müstəqilliyini elan etməsindən sonra qoyulub. Məhz bu hadisədən sonra Koştunitsa Qərb yönümlü nazirləri Serbiyanın ərazi bütövlüyünü qorumaq üçün zəif mübarizə aparmaqda ittiham edib. Onun fikrincə, Avropa Birliyi Kosovo ilə bağlı mövqeyini dəyişməyənədək Serbiyanın bu təşkilata daxil olması mümkün deyil.
|