| |
Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalında birinci yeri tutub. Beynəlxalq qrossmeyster festivalın sonuncu günündə keçirilən blits turnirdə 7,5 xal toplayaraq qalib gəlib. Ş.Məmmədyarov bu uğuruna görə, 500 ABŞ dolları mükafat qazanıb. 2-6-cı yerləri 7 xalla Rauf Məmmədov, Qədir Hüseynov, Yevgeni Nayer (Rusiya), Aleksey Aleksandrov (Belarus) və Tamaz Gelaşvili (Gürcüstan) bölüşüblər. |