| |
Geri |
|
| |
|
Səhiyyə mütəxəssisləri Bakıda
20.11.2008 12:10:39
Onlar ana və uşaq ölümü ilə bağlı Azərbaycanın regionlarındakı vəziyyəti öyrənəcəklər
|
|
| |
BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ilə birgə Azərbaycana ezam olunub. Səfərin məqsədi Azərbaycanda, xüsusən də kənd rayonlarında ana və uşaq ölümü ilə bağlı vəziyyəti öyrənmək, belə halların qarşısının alınması üçün beynəlxalq təcrübənin tətbiqinə nail olmaqdır.
Səhiyyə Nazirliyindən bildiriblər ki, UNICEF-in və Ümumdünya Səhiyyə təşkilatının ekspertləri ana və uşaq ölümünə səbəb olan hallarla bağlı dəqiq məlumat almaq, yerlərdəki vəziyyəti öyrənmək üçün Gəncədə qərb bölgəsinin ginekoloqlarının, neanotoloqların və mamaların iştirakı ilə üç həftəlik seminar keçiriləcək. Seminar çərçivəsində Azərbaycanın uşaq həkimləri inkişaf etmiş ölkələrin səhiyyə sistemindəki ən son nailiyyətləri ilə tanış olacaqlar.
Xatırladaq ki, bu gün Beynəlxalq Uşaq Günüdür. BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilmiş bu günü qeyd etməyi bütün dünya ölkələrinə tövsiyə edib. Baş Məclis 1959-cu il noyabrın 20-də “Uşaq hüquqları bəyannaməsi”ni, 30 il sonra isə “Uşaq hüquqları haqqında konvensiya”nı qəbul edib.
Azərbaycan da bu beynəlxalq sənədlərə qoşulan ölkələr sırasındadır. Hazırda ölkəmizdə 1 milyondan artıq uşaq var. Onlardan 21 mini valideyn himayəsindən məhrum, təxminən 57 mini isə əlildir (qeyri-rəsmi məlumata əsasən isə ölkədə 50 mindən çox sahibsiz uşaq var). Qaçqın və məcburi köçkün uşaqların sayı isə ümumi göstəricinin 10 faizini təşkil edir.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|