| |
Geri |
|
| |
 |
Şəhid əsgərimiz torpağa tapşırıldı
19.11.2008 21:36:55
Qəhrəmancasına həlak olmuş əsgər Şəmilov Orxan Fərhad oğlu bu gün Tərtər rayonunun Buruc kəndində torpağa tapşırılıb. |
|
| |
Noyabrın 16-da Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən zaman qəhrəmancasına şəhid olmuş əsgər Şəmilov Orxan Fərhad oğlu bu gün Tərtər rayonunun Buruc kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tərtər rayon icra hakimiyyətinin yüksək vəzifəli əməkdaşları, güc nazirliklərinin yerli idarə və təşkilatlarının rəhbərləri, eləcə də rayonun müxtəlif yaşayış məntəqələrindən ziyalılar iştirak ediblər.
Qeyd edək ki, şəhid Orxan Şəmilovun cəsədi üç gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki neytral ərazidə qalıb. Şəhid əsgərin cəsədi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə bu gün Azərbaycan tərəfə qaytarılıb
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|