| |
Geri |
|
| |
|
Şəffaflıq naminə 5 təklif
21.11.2008 14:41:43
Mədən Sənayesində Şəffaflıq Artırılması Koalisiyası hesabatlılığa nail olmaq üçün yeni təkliflər hazırlayıb
|
|
| |
Mədən Sənayesində Şəffaflıq Artırılması Koalisiyası Azərbaycan hökuməti, yerli və xarici neft şirkətləri, habelə qeyri-hökumət təşkilatlarının birgə imzaladığı Anlaşma Memorandumunun təkmilləşdirilməsi məqsədilə sənədə bəzi əlavələr təklif edir. Həmin təkliflər koalisiyanın bu gün təşkil etdiyi dəyirmi masada müzakirə olunub.
Beş bənddən ibarət təkliflər Anlaşma Memorandumunun təkmilləşdirilməsini, neft gəlirlərinin idarə edilməsinə dair yeni qanunun qəbul edilməsini, Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin nümayəndələrinin təmsil olunmasını, hesabatların genişləndirilməsi və neft gəlirlərinin xərclənməsinə dair hesabatlılıq sisteminin yaradılmasını nəzərdə tutur.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov bildirib ki, mədən sənayesində şəffaflığa nail olunmadığından memorandum tərəfləri yeni razılaşma imzalamalıdır. Onun sözlərinə görə, artıq koalisiya belə bir razılaşma sənədini hazırlayıb və bu sənəd yaxın günlərdə təkliflərlə birgə dövlət orqanlarına və xarici neft şirkətlərinə təqdim ediləcək.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|